Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın qara günləri başlayacaq -ÖZƏL

Rusiyanın qara günləri başlayacaq


"Dünən baş verənlərin hazırlanmış ssenari olmasında heç bir məntiq yoxdur. Bu hadisələrin hazırlanması Rusiyanın zəif və gücsüz dövlət olması və ya bu biabırçılıqlar bəs etmir ki, digər məntıqləri arxa planda qoysun? Dövlətin imici yerlərdə sürünür. Rusiya dünya miqyasında banan dövlət olduğunu göstərdisə, bunda nə məntiq axtarmaq olar?".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Vagner qiyamının ssenarsinin Kremldə hazırlanması barədə yayılan ehtimallara münasibət bildirərkən səsləndirib. O daha sonra bildirib:

"Vagnerin tərəfinə keçən xalq, ordu hissələri Rusiya dövlətində Putin hakimiyyətinə hansı divident gətirdi və ya bunu təşkil etmək hansı dövlət rəhbərinə yaradardı ki, özünü biabır etsin?

Bir sözlə, Rusiya bundan sonra öz dövlət imicini heç vaxt düzəldə bilməyəcək. Bütün dövlət başçıları Putinə zəif və qorxaq kimi baxacaqlar. Onun sözünün heç bir əhəmiyyəti qalmayacaq. Ukrayna ordusunun tezliklə qələbəsi fonunda Rusiyanın qara günləri başlayacaq".

Anar Əliyev
Xəbəri paylaş