Söz və fikir azadlığının carçılarından biri olan və özünü demokratiyanın beşiyi adlandıran Fransada bizim jurnalistlərimizə hücum edilib. Hücum zamanı AzTV əməkdaşlarına bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının sındırılması, ən əsası da kameranı geri tələb edərkən jurnalistlərimizin silahla hədələnməsi birbaşa cinayət əməlidir və bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır.
Hesab edirəm ki, Fransada baş vermiş bu hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə beynəlxalq media azadlığına kobud müdaxilə və jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq deməkdir.
Jurnalistlərə qarşı törədilən bu vandal hücumu qətiyyətlə pisləyir, cinayətin qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və cinayətkarların müəyyən edilərək cəzalandırılmasını tələb edirik!.
Jalə Əhmədova-Milli Məclisin deputatı