ABŞ -ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü davam edir. Bu görüşdə sülh müqaviləsinin mətnin hazırlanması və tərəflər arasında fikir ayrılıqlarına son verilməsi istiqamətində müəyyən irəliləyişlər ola bilər.
Qeyd edim ki, Ermənistan tərəfinin absurd iddiları var. Məhz sülh prosesini bu iddialar pozur. Vaşinqton N. Paşinyana təzyiqlər edərək absurd iddilardan geri çəkilməsinə nail ola bilər.
ABŞ-da danışıqların davam etdiyi saatlarda N. Paşinyan və R. T. Ərdoğan telefonla danışıblar. Bir qayda olaraq bayramlaşma məktublaşma ilə həyata keçirilir. Amma, iki lider arasında təbrik mübadiləsi telefonla baş tutdu. Bu telefon danışığında ictimaiyyətə məlumat verilməsə də xarici işlər nazirlərinin görüşü fonunda R. T. Ərdoğan N. Paşinyana danışıqlarda siyasi iradə ortaya qoymağı, qeyr-konustirktiv iddialardan çəkinməyi nəzərinə çatdırması istisna deyil.
Artıq, danışıqlar prosesində Türkiyə var. Məhz Anakara birbaşa Yerevana təsir etməkdədir. Əgər, Vaşinqton görüşü müsbət iatiqamətdə irəlləyirsə, burada Türkiyənin rolu müstəsnadır. İki ölkə liderləri üçüncü dövlətlərin vətəndaşları üçün sərhəddən keçid məsələlərini müzakirə etsə də, Azərbaycanla bağlı məsələləri gündəliyə çıxarılmır. Demək olar ki, Ermənistanla danışıqlarda Türkiyə arxa fonda prsesləri idarə edir.
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini