Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4-5 iyul tarixlərində qabiliyyət imtahanı keçirildi. Universitetin həyətində həyacan dolu anlar yaşayan tələbələr, övladının şad xəbərlə çıxacağını gözləyən valideynlər saysız-hesabsız idi.
Amma çox təəssüf olsun ki, qabliyyət imtahanında həm şad, həm də üzücü anlar yaşayanlar var idi. Verilən ballardan narazı qalan valideynlər apellyasiyaya şikayət edirdilər. Adı apellyasiya olub, apellyasiyadan bixəbər bu komissiyadan Sizə danışım.
Hələ bu apellyasiya şikayətini yazmamışdan öncə universitetin qapıçısı və ya nəzarətçisimi deyim bir orta yaşlı sarışın kişi ilk bəd niyyabət ağzını açır: Vallah xeyri yoxdur, versəniz olan qalan balınızı da kəsərlər... Verməyin!
Nəzarətçidir fikir verməyib keçirsən komissiya olan qapıya, ümidlə valideyn və uşaqlar sıralarını gözləyir. İçəridən balaca qız və oğlan nəzarətçilər eyni sualı verirlər:
- Səbəb nədir?
- Valideyn: Verilən balla razı deyilik.
- Neçə yazıblar?
- Valideyn: 6 bal
- Nə istəyirsiniz, bunu da əlinizdən alıb Sizi kəssinlər.
Komissiyanın adət - ənənə halını almış bu yazılmamış qanunu qapıçıdan, xırda işçilərə qədər hamısı əzbər bilir. XEYRİ YOXDUR! Deməli, illərdir adı olub özü heç bir işə yaramayan bu apellyasiya şikayətinin nəticəsi olmurmuş.
Gəlim əsas məsələyə. Qapı açılır sırada olan valideyn kiçik səhnə olan otaqda komissiya üzvü olan Azərbaycanın xalq artisti 78 yaşlı Şəfiqə Məmmədovanı [tanımayanlar üçün qeyd edim ki, Bizim Cəbiş müəllinin həyat yoldaşı], Mehriban Zəki [bu yaxınlarda Oqtay Əliyev qəzaya düşəndə avtomobildə olan xanım] oturublar. Həyacanlı, ilk dəfə tanınmış insanların qarşısında dayanan hələ yaşları 18 tamam olmayan bir gəncin gözləri yaşlı, titrək bir vəziyyətdə qarşılarında durub.
- Şəfiqə Məmmədova: Nədən narazısan?
- Abituriyent: Verilən bal aşağıdır deyib, gözlərindən süzülən yaş valideynin həmin an kaş ki, o gözlərdən axan yaşı görməz olaydım pıçıldaması, ürəyində Allah rəhmi, insan sevgisi olan hər kəsi yumşaldardı... Amma çox təəssüf olsun ki, həyatı yetəri qədər yaşayıb, bu zamana gəlib fəxri adlara layiq görülən yaşlı nəslin nümayəndələrində artıq bu hiss məhv olub.
Abituriyentin onlara zillənmiş məsum baxışları cavab axtararkən...
- Şəfiqə Məmmədova: Bax bu gün mən heç bir qızıl taxmatadan gəlmişəm.
- Mehriban Zəki: Tələbəyə özünü misal gətirir məndə 7 ildir yatanda, ağlayıram... Bilirsən niyə? Mənə rol vermirlər....
- Şəfiqə Məmmədova burda Mehriban Zəkinin sözünü kəsərək. Artıq sənə rol veriblər...
Beləcə tələbə və valideyn ancaq bunların dəxlisiz və mənasız dialoqlarına qulaq asıb... Öz dərdlərinin cavabını gözləyirlər ki, yenə bu nəzarətçi kişi özünü soxur ortaya Sizə ayrılan vaxt bitdi.
Nə üçün gəlmişdik... Nələr öyrəndik. Şəfiqə Məmmədova bu gün qızıllarını taxmayıb, Mehriban Zəkinin ağlaşmalı gecələrinin səbəbini açıqladı.
Xəyalları qırılan, həyatın onlara vurduğu ilk zərbəni qaldıra bilməyən balaca məsum mələklər qolları, qanadları sınmış, göz yaşları içində oranı tərk edirlər.
Səbəbini açıqlamadan, dinləmədən, bir şans vermədən neçə-neçə gəncin arzusunu söndürürlər. Yaşlı nəsilin cavanlara olan bu aqressiv, sevgisiz, anlayışsız, ironiyalı hərəkətlərini başa düşə bilmirəm. Hazırlaşdığı özəl kursları lağ-lağaya qoyaraq, bəyənmədiklərini, verilən tapşırıqları yarımçıq kəsən, uşaqlara həyəcan yaşadan Azərbaycanın xalq artisti almış insanlar... Siz heç gənc olmamışdınız? Həyəcanlı, titrək olmamışdınızmı?
Ana bətnindən gələndən Xalq artisti idinizmi? Eqonuzu, gənclərə olan münasibətinizi dəyişin. Hər kim olusunuzsa olun.
Həcər Məlikova