Son illər tez-tez müşahidə edilən mənfi hallardan biri də yeni doğulan uşaqlarda zəka geriliyinin olmasıdır. Düzdür, bu mənfi tendensiya uşaq dünyaya gələn andaca hiss edilmir. İllər sonra uşaqda bu problem özünü göstərməyə başlayır. Bəs, görəsən zəka geriliyi nədən meydana gəlir və orqanizmdə hansı mənfi xüsusiyyətləri ilə özünü büruzə verir?
Newscenter.az-ın xəbərinə görə, Yeni Nəslə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri Ülviyyə Murtuzova bildirib ki, zəka geriliyi anadangəlmə və qazanılmış olmaqla iki hissəyə bölünür. Onun sözlərinə görə, bu problem yüngül, orta, ağır və çox ağır şəkildə ola bilir:
"Zəka geriliyinin əlamətləri isə qulaqıarda anomaliya, barmaqlarda bükülmə, kiçik çənə və ürək qüsurları, hipertoniya, korluq, arıqlıq, irəliyən iflic və yığılmalarla özünü göstərir. Həmçinin, uşaqlıq dönəmində çəki itkisi, su itkisi, qanda patoloji səviyyədə bilirubin, tez tez motor koordinasiyanın pozulması kimi hallar müşahidə edilir".
Anar Əliyev