Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMİP dövlət qeydiyyatına alınacağına ümidlidir -ÖZƏL

AMİP dövlət qeydiyyatına alınacağına ümidlidir


"Azərbaycan Milli İstiqlal Partiyası uzun illərin qocaman partiyasıdır. Ona görə də "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5 min üzvün siyahısını Ədliyyə Nazirliyinə təqdim etmək bizim üçün problem yaratmadı".

Bu fikirləri Newscenter-az-a AMIP liderinin köməkçisi, partiyanın Siyasi Şurasının üzvü Əli Oruclu səsləndirib. O bildirib ki, bir müddət əvvəl partiyanın təkrar qeydiyyatı üçün lazım olan 5 min nəfərlik partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim edilib:

"Ümid edirik ki, Azərbaycan Milli İstiqlal Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınacaq və partiya yeni dövrün tələblərinə uyğun olaraq bundan sonra fəaliyyətini daha məhsuldar və səmərəli, siyasi proseslərə faydalı şəkildə davam etdirəcək".

Anar Əliyev
Xəbəri paylaş