"Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin müəyyən edilməsi, daha da möhkəmlənməsi və cəmiyyətimizdə dərin köklər salması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
Bu fikirləri Newscenter.az-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi I dövrdə daim milli ruhlu, vətənpərvər gəncliyin yetişməsinə, ölkənin davamlı və dayanıqlı inkişafına xüsusi diqqətlə yanaşıb:
"O, SSRİ rəhbərliyində təmsil olunduğu dövrlərdə də öz doğma vətənini unutmamış, xalqının qeydinə qalmışdır. 20 Yanvar faciəsi baş verəndə ulu öndərin uzun illər üzvü olduğu Kommunist partiyasının sıralarından kənarlaşması və sovet rəhbərliyindəki bütün vəzifələrindən istefa verməsi tariximizə ən böyük azərbaycanlılardan biri kimi daxil olan Heydər Əliyevin vətən, xalq və dövlət sevgisindən irəli gəlirdi".
Anar Əliyev