"Ümummilli lider Heydər Əliyevin böyük əməyi nəticəsində yaranıb formalaşan azərbaycançılıq ideologiyası onun ölümündən sonra da, möhtərəm cənab prezident İlham Əliyevin yüksək idarəçilik, siyasi peşəkarlıq qabiliyyəti nəticəsində uğurla davam etdirilir".
Bu fikirləri Newscenter.az-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, biz 44 günlük vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəni, iqtisadi gücümüzü, bütün dünyaya səs salan qüdrətli ordumuzu məhz azərbaycançılıq ideologiyasına bağlılığımız, onun inkişaf etdirilməsi nəticəsində qazandıq:
"Hələ Azərbaycanı gələcəkdə çoxsaylı beynəlxalq uğurlar, müvəffəqiyyətlər gözləyir. Unutmaq olmaz ki, biz bütün bunları ulu öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinə, azərbaycançılıq ideologiyasına, cənab prezident İlham Əliyevin uğurlu idarəçilik qabiliyyətinə və ən əsası Azərbaycan xalqının iradəsinə borcluyuq!".
Anar Əliyev