"Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ətraf mühiti və təbii sərvətləri illərdir ki, ermənilər tərəfindən məhv edilib, talanıb. Təbii resurslarımız vəhşicəsinə istismar olunub ki, bu da Azərbaycanın təbiətinə, milli sərvətinə böyük zərbə olub".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Əli Məmmədov səsləndirib. O bildirib ki, məhv edilmiş təbiət obyektlərinin və bütövlükdə ekosistemin bərpası uzun sürən prosesdir:
2Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Bu gün qarşımızda duran əsas məqsəd işğaldan azad edilən torpaqların, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadı rayonlarının bərpası, burada insanların yaşaması üçün müvafiq şəraitin, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının təmin edilməsidir".
Anar Əliyev