"Ermənistanda revanşist qüvvələrin 44 günlük Vətən müharibəsində aldıqları acı məğlubiyyətin qarşılığını verməyə dair çağırışların getdikcə artdığı bir dönəmdə Azərbaycan hökuməti ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi yolunda zəruri olan bütün addımları atmağa məhkumdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Arzu Qocayev səsləndirib. O bildirib ki, bu gün dünyada beynəlxalq hüquq işləmir:
"Bu səbəbdən biz beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlaya bilmərik. Bizim öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmaqdan başqa yolumuz yoxdur. Azərbaycan dövləti bu gün iqtisadi, maliyyə və hərbi qüdrətinə söykənərək heç kimə onunla ultimatum dilində danışmağa imkan vermir. Çünki O, tam müstəqildir. Bütün siyasi müstəqilliklərin kökündə isə iqtisadi müstəqillik dayanır".
Anar Əliyev