Bir aydan artıqdır ki, Ukrayna əks-hücum əməliyyatına başladığını bəyan edib. Ancaq ötən müddət ərzində başlanılan əks-hücum əməliyyatı o qədər də effektli olmayıb. Bəs, görəsən bunun səbəbi nədir? Baxmayaraq ki, Birləşmiş Ştatlar və Avropa Kiyevi istənilən qədər hərbi texnika ilə təmin edir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şükürlü də deyir ki, Ukrayna hamının gözlədiyi əks-hücuma iyunun 4-dən rəsmən başladığını elan etsə də, bü müddət ərzində cəbhə xəttində hələ də ciddi hərbi nailiyyət əldə edə bilməyib. Onun sözlərinə görə, gələcək əks-hücumların uğurlu olması üçün ilkin mərhələdə rusların Ukrayna ərazisindəki hərbi birləşmələrinin təchizat zəncirinin qırılmasına nail olmaq gərəkdir ki, ukraynalıların bu yöndəki cəhdləri hələlik effekt vermir:
"Uğursuz əks-hücumlar isə Qərbdə Rusiya ilə sövdələşmə masasına əyləşmək istəyənlərin mövqeyini gücləndirir və bu meyl Vilnüs sammitində də açıqca göründü".
Mehman Mehdiyev