Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov: "Azərbaycan-İsrail tərəfdaşlığı regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır"

Zakir Həsənov: "Azərbaycan-İsrail tərəfdaşlığı regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır"


"Azərbaycan və İsrail arasında tərəfdaşlığın yüksək səviyyədə olması təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda rəsmi səfərdə olan İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

O, israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri kimi Azərbaycana ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş