Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mədəniyyətinin hamisinə çevrilən xeyriyyəçi iş adamı

Azərbaycan mədəniyyətinin hamisinə çevrilən xeyriyyəçi iş adamı


Azərbaycan mədəniyyəti, onun inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzində olub. Məhz dövlətin, şəxsən dövlət başçısının bu sahəyə olan diqqət və qayğısının nəticəsidir ki, günümüzdə Azərbaycan mədəniyyəti özünün tərəqqi dövrünü yaşayır.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan mədəniyyətinin inkişafına dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları, xeyirxah və nəcib insanlar da öz töhfəsini verir, bu sahənin inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Belə şəxslərdən biri də xeyriyyəçi iş adamı, nəcib və vətənpərvər, nəğməkar şair Gülağa Tənhadır.

Hələ 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Gülağa Tənha adı çəkilən qurumun “Əbədi irsə qayğı” mükafatına layiq görülüb. Mükafatı ona birliyin sədri, xalq yazıçısı Anar təqdim edib.

Gülağa Tənha akademiklərdən – Mahmud Kərimov, Akif Əlizadə, Budaq Budaqov , Musa Musayev, Bəkir Nəbiyevlə, xalq şairləri Qabil, Bəxtiyar Vahabzadə. Fikrət Qoca, Nəriman Həsənzadə, yazıçı Əlibala Hacızadə ilə görüşlərini unudulmaz məqamlar adlandırır və həmişə onlara maddi-mənəvi dəstək olur.

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının vurğunu olan Gülağa Tənhanın həyat və fəaliyyəti, bu sahəyə diqqət-qayğısı saysız-hesabsızdır. Belə ki, 2006-cı ildə Şamaxı şəhərində Yeddi gümbəz ziyarətgahına baş çəkən Gülağa Tənha dahi satirik şairimiz M.Ə.Sabirin məzarı üstündə abidə ucaltmaq istəyini bildirir. Xeyriyyəçi, nəğməkar şair Gülağa Tənhanın bu nəcib təşəbbüsü hamı tərəfindən, xüsusilə də Sabir sənətinin, ədəbiyyatının vurğunu olanlar tərəfindən fərəhlə qarşılanır.

Beləliklə, cəmi 70 gündən sonra, 30 may 2006-cı ildə M.Ə.Sabirin məzarı üstündə möhtəşəm abidə ucaldılır. Gülağa Tənhanın xeyriyyəçilik və Azərbaycana mədəniyyətinə sevgi və qayğısı nəticəsində ucaldılmış möhtəşəm abidə nəğməkar şairi el gözündə daha da ucaltdı.

Gülağa Tənha Bəxtiyar Vahabzadə yaradıcılığının, şəxsiyyətinin vurğunu idi desək yanılmarıq. Daim mərhum şairə diqqət və qayğı ilə yanaşan Gülağa Tənha dahi şairin 10 cilidliyinin işıq üzü görməsinə dəstək verib. Təsadüfi deyil ki, Gülağa Tənhanın müəllifi olduğu ilk kitaba ön sözü də mərhum şairimiz Bəxtiyar Vahabzadə yazıb.

Bundan başqa xeyriyyəçi iş adamı Əlibala Hacızadənin 10 cilidliyi, Fikrət Qoca və Bəkir Nəbiyev yaradıcılığı külliyyatınınçapdan çıxmasına maliyyə dəstəyi olub. Görkəmli xalq artistləri- bəstəkar Şəfiqə Axundova və Səyavuş Kərimli göstərdiyi qayğıya görə Gülağa Tənhaya minnətdarlıqlarını dəfələrlə ifadə ediblər.

Gülağa Tənha təkcə mədəniyyət və incəsənət xadimlərinin əsərlərinin işıq üzü görməsinə dəstək olmur, həmçinin gənclərdə bu sahəyə diqqəti, marağı artırır, onlara bir növ stimul verir. Bu mənada 2010-cu ildən etibarən Gülağa Tənhanın dəstəyi ilə mütəmadi olaraq mahnı və şeir müsabiqələri keçirilməsi, gənc yazıçı və şairlərlə yaradıcılıq gecələrinin təşkil edilməsi xüsusi qeyd edilməlidir.

2014-cü il bədii yaradıcılıq baxımından şair Gülağa Tənha üçün daha yaddaqalan olub. Şairin 10 cildlik seçilmiş əsərlərinin 5 cildi oxuculara təqdim olunub. Kitablar təsdiq edir ki, bu yaradıcı insan sözlə nəfəs alır, yazdıqlarının hamısında – istər nşr olsun, istərsə nəzm – özünün obrazı var.

Ümumiyyətlə, Gülağa Tənhanın Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənətinə verdiyi töhfələr ölçüyə gəlməz, bitib-tükənməzdir. Xeyriyyəçi iş adamı, nəğməkar şairin bu sahədə gördüyü işləri, xeyriyyə tədbirlərini bir yazıya, hətta bir kitaba belə sığışdırmaq qeyri-mümkündür. Bunu tək biz yox, bütün mədəniyyət, incəsənət nümayəndələri açıq şəkildə etiraf edirlər. Yazıçı-publisist Sabir Rüstəmxanlı zamanında Gülağa Tənha haqqında deyirdi: “Sən Vətənə qayıdıb Vətən üçün iş görürsənsə, artıq Vətənin divarına çevrilirsən. Bu, xeyriyyəçilik deyil. Bu, adicə borcdur. Vətən qarşısında olan borc. Bir övlad Vətənə olan borcunu qaytarırsa, əsl xoşbəxtlik bundadır”.

Yaxud mərhum xalq şairi Fikrət Qoca Gülağa Tənhanı belə xxarakterizə edirdi: “Gülağa Qənbərov kimi çox az sayda iş adamı tapılır ki, pulunu xalqı üçün, millətinin gələcəyi üçün sərf edir. Gülağa müəllimin gördüyü xeyirxah işlər onlar üçün nümunə olmalıdır”.

Göründüyü kimi həm Gülağa Tənhanın Azərbaycan mədəniyyəti, incəsənəti üçün gördüyü işlər, verdiyi dəstək, həm də elə bu sahənin insanlarının Onun fəaliyyətinə olan yüksək qiyməti, dəyəri əminliklə onu deməyə əsas verir ki, Gülağa Tənha xeyriyyəçi iş adamı kimi təkcə on minlərlə aztəminatlı insanların ümid yeri deyil, həm də Azərbaycan mədəniyyətinin hamisinə çevrilən xeyirxah insanlardan biridir. Çünki Gülağa Tənhanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına qayğısı günümüzdə də davam edir.

R.Mehdiyeva
Xəbəri paylaş