Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya boğazı dar ağacındakı ipdə ola-ola ayağının altındakı kötüyə təpik vurmaz -ÖZƏL

Rusiya boğazı dar ağacındakı ipdə ola-ola ayağının altındakı kötüyə təpik vurmaz


Rusiya Xarici İşlər Nazirliyinin bu günlərdə verdiyi bəyanat Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrində birmənalı olaraq etirazla qarşılanıb. Hətta bu bəyanatın Moskva ilə Bakı arasında münasibətlərdə gərginlik yaradacağını iddia edənlər də var. Lakin məsələyə fərqli aspektdən yanaşanlar da az deyil.

Newscenter.az-ın xəbərinə görə, BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov hesab edir ki, Rusiyanın Qarabağ ermənilərinə görə Azərbaycanla münasibətlərində yarana biləcək qarşıdurmanın ciddi gərginliyə çevrilə bilmə ehtimalı yox dərəcəsindədir:

"Rusiya boğazı dar ağacındakı ipdə ola-ola ayağının altındakı kötüyə təpik vurmaz. Rusiya blef edir. İrandan sonra Rusiyanın da artıq iç üzünü gizlədə bilməyəcəyi aydın idi. Amma İran kimi Rusiya da ciddi gərginlik yaranan kimi geri çəkiləcək".

Azər Qasımov daha sonra bunları deyib:

"Qarabağ müharibəsi başlayanda bunun Rusiyanın dağılmasına hesablanmış oyun olduğunu və Ermənistanın bu müharibəni başlamaqla Rusiyanı oyuna salmaq istədiyini, sonra isə Azərbaycanla bərabər Türkiyənin də oyuna düşməsini planlaşdırdığını qeyd etmişdim. Rusiya bunu başa düşdü və üzdə neytral qaldı, arxa planda ciddi dəstək olsa da, olmadı və Azərbaycan qələbə çaldı. Ukraynada da eyni plan işləyirdi, amma Rusiya orda tələyə düşdü".

Politoloqun sözlərinə görə, indi belə durumda Rusiyanın imkanı yoxdur ki, kiməsə istəsə belə güc nümayiş etdirsin, xüsusən də, Türkiyə-Azərbaycan birliyinə:

"Yeni bir açıq cəbhə Rusiyanın məhvi olar. Qərbin toruna bir daha düşmək olar. Ona görə tezliklə Qarabağ məsələsi bitəcək. Son addım Qarabağdakı silahlı ermənilərdən silahlarını almaqdır. Məhz almaq. Silahları ərazimizdən kənara buraxmaq olmaz, ya məhv edilməli, ya da alınmalıdır".

Anar Əliyev
Xəbəri paylaş