"Rusiyanın alternativ taxıl dəhlizi planının olduğu bildirilir. Lakin nə bunun baş tutması gözlənilən deyil, nə də bunu “Taxıl dəhlizi” adlandırmaq ümumiyyətlə doğru deyil. Çünki müharibə şəraitində yaradılan dəhlizin mahiyyəti odur ki, döyüş şəraitinə baxmayaraq müəyyən yüklərin (məsələn, taxılın, cəsədlərin, xəstələrin və s.) təhlükəsiz daşınması üçün tərəflər arasında razılıq əldə edilir. Tərəflər bu dəhlizdə daşınan yükləri vurmur, partlatmır, dağıtmır. Əvvəlki taxıl sazişi məhz bu mahiyyəti daşıyırdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndir:
"Əvəzində isə yeni dəhlizin təklif edildiyi deyilir. Əslində isə bu yeni dəhliz yox, uzun müddətdir müzakirəsi gedən, iran və Rusiyasının tam maraqlarına uyğun olan Şimal-Cənub dəhlizidir. 7200 km uzunluğunda olan bu dəhliz SankPeterburqdan başlayaraq, Xəzərdən və İrandan keçməklə Hindistanın Mumbay şəhərinə qədər uzanır. Burada ikili xətt (qərb xətti Azərbaycan, şərq xətti isə Türkmənistan) mövcuddur. Bu marşurut əslində 2022-ci ildə Rusiyanın həm özünün, həm də Ukraynada işğal etdiyi ərazilərdən əldə etdiyi taxılı dünyaya çatdırmaq üçün yaradılmış marşurut idi".
İqtisadçı deyib ki, bu marşurut üzərində hər hansı bir döyüş əməliyyatları aparılmırsa, təhlükələr yoxdursa, onda Rusiyanın “Fars xətti” marşurutunu “Taxıl dəhlizi” adlandırmaq olmaz?
"Bu sadəcə Hindistanın qərbindəki limanlardan İranın cənubundakı limanlara, oradan isə dəmir yolu ilə Xəzər dənizinə və oradan da Rusiyaya gedən ticarət yoludur və Rusiya bu xətti aktiv fazaya keçirməkdə maraqlıdır. İran üçün də bu xətt çox önəmlidir. Türkiyə üçün isə faydasız xəttdir. Eyni zamanda Ukraynanın da öz taxilini bu marşurutla ixrac edəcəyi inandırıcı deyil.
Görünən odur ki “Taxıl dəhlizi” problemi hələ bir müddət həlsiz qalacaq. Nə ABŞ Rusiyanın 7 şərtini (şərhlərə yerləşdirəcəm) qəbul edən deyil, nə də Rusiya əlindəki son fürsətlərini buraxan".
Anar Əliyev