Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu uğurlu bir seçimdir -ÖZƏL

Bu uğurlu bir seçimdir


"Çox sevindirici xəbərdir. Qardaş ölkə Türkiyənin texnoloji imkanları və inkişaf tempi bizləri sevindirməyə bilməz".

Nrwscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, günümüz reallıqları güclü və müasir silah-sursatla təmin edilmiş, hərbi hazırlıq səviyyəsi üst səviyyədə olan silahı qüvvələrə sahib olmağı zəruri edir?

"Çünki dünya üzərində sülhün və təhlükəsizliyin kövrək olduğu, dövlətlərin şəxsi maraqları səbəbindən silah gücündən istifadə etməkdən çəkinmədiyi bir dönəmə gəlmişik. Artıq bir çox dövlətin orta əsrlərdə olduğu kimi reallizim nəzəriyyəsi ilə çıx etməsinin şahidi oluruq. Və buda çox təhlükəli bir tendensiyadır. Ölkəmiz karbohidrogen ehtiyatları baxımından zəngin, coğrafi cəhətdən çox əlverişli bir regionda olduğundan böyük güclərin diqqəti bu regionda hər daim hiss olunmuşdur. Onların bir çoxunun yanaşması regionda sabitliyə ciddi təhlükədir. Məhz bu böyük oyunun bir parçası kimi Azərbaycan uzun illərdir erməni təcavüzünə, işğala məruz qalmışdır. Lakin indi Azərbaycan regionun lider dövləti, yeni geosiyasi reallıqlar yaradan və ən yaxın müttəfiqi Türkiyə ilə Türk Dövlətləri Təşkilatı adı altında yeni bir güc mərkəzini formalaşdıran vacib bir oyunçuya çevrilmişdir. Bütün bu reallıqlar ciddi təhlükəsizlik qayğısında özü ilə bərabərində gətirdiyi üçün rəsmi Bakı ordu quruculuğu prosesini hər il əsas prioritet kimi önə çəkir. Azərbaycanın adi dillə desək Türkiyənin göz bəbəyi, türk mühəndisliyin şah əsəri hesab olunan 5-ci nəsil döyüş təyyarəsi "MMU KAAN" istehsal prosesində iştirak etməsi hərbi cəhətdən ölkəmiz adına yeni bir səhifənin açılması deməkdir. Və bu tərəfdaşlığın Azərbaycan elminə qazandıracaqları isə təsəvvür belə edilməz".

AVP rəsmisi deyib ki, Böyük dövlətlərin bu tip yanaşması yeni deyil:

"ABŞ özünün ən son model döyüş təyyarəsi olan F 35-i məhz bu yolla, bir neçə dövlətin iştirakı ilə istehsal edib. Eyni ilə Britaniya özünün Tayfun döyüş təyyarəsini İtaliya, Almaniya. İspaniya kimi dövlətlərlə tərəfdaşlıq edərək ərsəyə gətirib və hal hazırda The Tempest proqramında bu istiqamətdə inkişaf etdirir. Ankarada bu xəttlə hərəkət edərək həm proqramın ağır maliyyə yükünü yüngülləşdirir, həmdə yeni imkanlar qazanır. Bu uğurlu bir seçimdir. Azərbaycanın isə öz döyüş təyyarəsi təyyarə parkını yeniləməyə ehtiyacı var və böyük ehtimalla biz bu döyüş təyyarələrini 2030-cu ildən sonra öz səmamızda görə biləcik. Bu isə ordumuz adına rəqibləri üzərində əzici üstünlük qazanması deməkdir. Çünki bu tip texnologiyanı istehsal edən ölkə sayı bir əlin barmaqların sayını keçmir".

Anar Əliyev
Xəbəri paylaş