Səfəvilər tariximizin ən möhtəşəm dövrüdür. Bu dövrə aid sizə təqdim etmək istədiyim növbəti şəxsiyyət, Azərbaycan tarixinin ən gözəl qadınlarından biri və atası Şah İsmayılın əksər xüsusiyyətlərini mənimsəyən Məhinbanu Sultandır.
Məhinbanu sultan Banui Dövran Bilqüszamani, Nəvvab'i-Naibəyi-Səfəviyyə Məhinbanu sultan Səfəvi-tam qaynaqlarda adı belə gedir. O, Şah İsmayılla Taclı bəyimin qızı, şah Təhmasibin ögey bacısı idi. 1516-cı ildə Təbrizdə doğulmuş, sərt saray təlim, tərbiyəsi almışdı.
Şah Təhmasib ona bütün bacılardan daha yaxın idi. Görkəmli əmirlərlə ailə quran və əyalətlərdə yaşayan digər bacılardan fərqli olaraq, Məhinbanu Təhmasibin sarayında yaşamış, təhlükəli zamanların sevinc və kədərini onunla bölüşmüşdü. Onlar bir yerdə böyüyüblər və uzun illərin bir yerdə yaşama təcrübəsi onları bir-birinə çox yaxınlaşdırıb. Məhinbanu təcrübəli saray nazirinin bəsirətinə malik idi, lakin eyni zamanda şaha birbaşa müraciət etmək hüququnun əlavə üstünlüyünə malik idi. Bu, onu güclü bir fiqur etmiş idi. Salnaməçilərdən biri bildirir ki, Təhmasib “bütün dövlət və maliyyə məsələlərini öz qiymətləndirməsindən asılı vəziyyətə salmış, onun məsləhəti, tədbirliliyi və biliyi olmadan qərarlar qəbul etməmişdir.” (Bax: Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). — Chicago, Illinois: The University of Chicago, 2013. — P. 254.)
Məhinbanu Sultan gözəl bir xanım olsa da, ailə həyatı qurmamış,talibləri qəbul etməmiş, ömrünü dövlət işlərinə sərf etmişdir. Onun uşaqlığı ilə bağlı bir hadisə olub. Uşaq yaşlarında Məhibanu Sultanı oğurlayırlar. Şah İsmayıl bunu eşidib Sultan Süleymanaonu geri qaytarmaq üçün müraciət edir, Sultan bunu eşidib demişdir:
Osmanlılar heç vaxt buna əyilməyə cəsarət etməzdilər! Bunlar bizi daha da İsmayıla qarşı qoymaq istəyən düşmənlərin hiyləsidir!
O, bu barədə araşdırma aparmağı Piri Paşaya tapşırır və məlum olur ki, onu saraydan Avropalılar oğurlayıb Osmanlı torpaqlarına aparıblar. Sultan Süleyman gənc və taxta çıxmış sultan olaraq Səfəvilər ilə yeni döyüş olmaması üçün Məhibanu Sultanı taprıdıb geri qaytarır. Çünki Süleymanın Avropaya doğru gücü toplayırdı.
Güclü iradəsi ilə tədbirli bir xanım olan Məhinbanu Sultan, əsasən, saray çəkişmələrində tərəf tutmur, qardaşının səltənətin yaxşı olması üçün əlindən gələni edirdi.Müxtəlif müharibələrdə ona fikir və tövsiyələrini bildirdi. (Bax: Said Amir Arjomand. Introduction: Religion and Statecraft in Pre-Modern Iran. Iranian StudiesVol. 27, No. 1/4, Religion and Society in Islamic Iran during the Pre-Modern Era (1994), pp. 5-8)
Hətta onun nüfuzu o qədər yüksəlmişdi ki, 1550 - ci illərdə gedən Səfəvi-Osmanlı müharibələrində Qanuni Süleymanın zövcəsi Xürrəm Sultan və qızı Mehrimah Sultan Məhinbanu Sultana hədiyyələr göndərərk məktublarında qardaşı I Təhmasibin bu savaşı dayandırmasını istəmişdilər. Məhz buna görə 1555 - ci ildə Məhinbanu Sultanın da iştirakı ilə Amasya sülhü bağlanmışdır. (Bax: Atçıl, Zahit. "Warfare as a Tool of Diplomacy: Background of the First Ottoman-Safavid Treaty in 1555". Turkish Historical Review. Leiden: Brill. 10 (1). 2019: 3–24)
Məhinbanu sultan 20 yanvar 1562-ci ildə qırx dörd yaşında vəfat etdi. Şah Təhmasib müəllimi Mövlyanə İmamuddin Qazi və Mir Tağıyəddin Məhəmmədə onu Quma aparıb dəfn etməyi tapşırdı. İllər sonra, 1583-cü ildə onun qalıqları, vəsiyyətinə görə, Kərbəlaya köçürüldü və burda İmam Hüseynin məzarının yanında dəfn edilib. Şahın 1564-cü il tarixli fərmanında Quranı bilən altı nəfərə “mərhum mübarək bacım Sultanımın məzarı üzərində” davamlı olaraq Quran kitabını əzbər oxumağı tapşırır. (Bax: Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). — Chicago, Illinois: The University of Chicago, 2013. — P. 167)
Zaur Əliyev, dosent