Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi dövlət qurumları yaxasını kənara çəkib

Bəzi dövlət qurumları yaxasını kənara çəkib


Narkotik və narkomaniya yay vaxtı daha da tüğyan etməyə başlayır. Yayda təhsil müəssisələri bağlanır, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili isə bəzi rayon və kəndlərdə demək olar yox səviyyəsindədir. Bu halda bəzi gənclər ”sərgüzəştlər" axtarışına çıxır və əlbəttə ki, çox vaxt narkotikin və ya narkokuryerliyin də qurbanına çevrilmə şansı artır.

Bəzi dövlət qurumları məhz bu yola meyilli yeniyetmə və gənclərlə demək olar iş aparılmır. Çünki apara da bilmir, təlimçi yoxdur. Hansı dövlət qurumu “tin uşağı” ilə onların “öz dilində” təlim keçə bilər ki?

Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə
ilk dəfə istifadə edib və sairə, bu kimi narkomaniya ilə bağlı sosioloji tədqiqat yoxdur.

Hələ mifoloji fikir də yaranıb ki, insanlar idmanla məşğul olanda narkomaniyaya risk azalır. Bəli, idmanı haradasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Yəni əsas risk qrupları sosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotik istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Hələ ki, bunu mən tək, öz hesabıma aparıram.

Ölkədə narkotik istifadəçilərinin sayı ilə bağlı real statistikanın dəfələrlə çoxdur.

Bu gün Azərbaycanda statistikanın görə bilmədiyi təxminən 300 min insan narkotik vasitələrdən istifadə edir. Narkomaniya ilə bağlı rəsmi statistikada 36 min narkoman olduğu bildirilir, lakin bunlar könüllü və ya məcbur olaraq tibbi reyestrə daxil olanlardır. Tibb müəssisələri isə ildə 5 mindən çox insanı narkomaniyadan müalicə edə bilməz. Azərbaycanda narkomanların % ı, mənim statistikama görə, 10%-i məktəblilər, 50% - 16-30 yaşlı gənclər, 40% - yaşlı insanlardır.

Aidiyyəti qurumların böyük səylərinə baxmayaraq, 12-15 yaşlı uşaqlar arasında narkotikdən istifadə halları artmağa başlayıb. Narkotiklərə başlamanın orta yaşı 16-18 yaşdır. 12-15 yaşlı uşaqların narkotikdən istifadə faizi də artır. Narkotiklərin yayılan yerlərin içində gənclər üçün senzurasız əyləncə yerləri - diskotekalar, kafe və klublar da var. Respondentlərin 60%-i narkotiki ilk dəfə orada sınaqdan keçirib.

Hər bir narkoman özündən sonra 5-10 nəfəri narkotikdən istifadəyə cəlb edə bilir. Son illər narkotiklərdən ölənlərin sayı 12 dəfə, uşaqlar arasında isə 2 dəfə artıb. Narkomanların narkomaniyaya başladığı andan etibarən təxmini ömrü orta hesabla orqanizmdən asılı olaraq 4-5 ildir. Birinci dəfədən ölənlər də az deyil. QİÇS-ə ( SPID ) yoluxma hallarının artmasının əsas səbəbkarı da narkomaniyadır. Bu gün cinayətlərin təxminən 50 %-i narkomaniya zəminində baş verir. Soyğunçuluq, oğurluq, qətllər doza xatirinə də edilir. Narkomaniya statistikası göstərir ki, narkomanların yalnız 5-6 faizi sağalır.

Onu da qeyd edim ki, Azərbaycanda güc strukturlarının hesabına narkomaniya və narkotiklərlə bağlı vəziyyət hələ ətraf ölkələrdən daha yaxşıdır. Bunu şəxsən gedib, görüb, araşdırıb yazıram...

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov
Xəbəri paylaş