Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh, yoxsa müharibə?!

Sülh, yoxsa müharibə?!


10 noyabr 2020-ci il üç tərəfli Moskva Bəyannaməsinin ən əsas şərtlərindən olan və həmin bəyannamənin 4-cü bəndinə əsasən Ermənistan silahlı birləşmələrinin Azərbaycandan çıxarılmaması geniş miqyaslı hərbi əməliyyatları mümkünlüyünü açıq saxlayır. Əvvəla qeyd edək ki, Ermənistan rəsmi səviyyədə həmin Moskva bəyannaməsinn tələblərini icra edəcəyi barədə məlumat yaysa da fakt odur ki, hələ də Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisində qalmaqda davam edir. Hələ keçən ilin iyul ayı Ermənstan təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarır - deyə bəyan etmişdi. Ancaq bu faktı təsdiq edən heç bir məlumat, sübut yoxdur.

Nəinki Azərbaycan, dünyanın güc mərkəzləri və beynəlxalq təşkilatlar Ermınistan ordusunun Azərbaycan ərazilərindən çıxardığı barədə heç bir bəyanat, məlumat verməyib, təsdiqləməyib. Üstəlik Qriqoryan sonrakı çıxışlarında "dağlıq qarabağ hakimiyyəti”ndən aldığımız məlumata görə, “artsax” cavanları əvvəlki kimi hərbi xidmətə çağırılacaqdır" - deyə bildirib.

Əlbəttə ki, Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisindən könüllü çıxarmaq istəyi yoxdur. Həm də ki, Ermənistanın Rusiya, İran, Fransa və sair kimi dəstəkçiləri Ermənistanı belə bir addımdan çəkindirən şərtlətdəndir. Belə bir vəziyyətdə Azərbaycanın hərbi əməliyatlar keçirməyə vadar etməyə ən çox Rusiya maraqlı görünür və Fransanın da Rusiya ilə gizli sövdələşməsi mümkündür. Rusiyanın da Ermənistan - Azərbaycan arasında mümkün sülh müqaviləsinin mümkünsüzlüyü və tezliyi barədə fikir formalaşdırmaq cəhdləri dəyişməz məqsədə xidmət edir.
İranın Ermənistan - Azərbaycan münasibətində "qırmızı xətt" prinsipindən ritorik və publik şəkildə imtina etsə də tərəflərin yeni müharibəyə getməsində daimi marağı dəyişməzdir. Ancaq danışıqlar limitinin bitdiyini demək olmaz.

Sözsüz ki, Azərbaycanı hərbi əməliyatlara vadar etməklə Ermənistanla Azərbaycan araslnda mümkün sülh ehtumalı sıfırlanır. Ancaq Azərbaycan olduqca səbirli davranaraq siyasi-diplomatik gedişləri ilə vəziyyəti nəzarətdə saxlayır.
O ki, qaldı dünya erməniliyinin "hümanitar böhran" oyununa, əlbəttə ki, bu ilk növbədə siyasi iradə məsələsi olmaqla, həm də "əsəb və təmkin" sınağıdır. Avropa birliyinin, ABŞ-ın faktiki olaraq Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi Azərbaycanı öz mövqeyində gücləndirib. Baxmayaraq ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, ermənipərəst siyasətçilər Azərbaycanı güzəşt etmək üçün təzyiq edir və Laçın yolunu açmaq üçün bütün mümkün vasitələrdən istifadə etsələr də, sonda Azərbaycanla razılaşmaq məcburiyyətindədirlər.

Onu da qeyd etmək lazımdır ki, ermənilərin "humanitar böhran" şousuna ümumən Qərb dünyası ikili standartlarla yanaşır. Elə Ukrayna nümunəsində bunu aydın görmək mümkündür. Rusiya işğal etdiyi Doneçski, Luqanski vilayətlərinə humanitar yardımını keçirmək istəyində Qərb birmənalı Ukrayna mövqeyindən çıxış edirdi. Çox təəssüflər olsun ki, Azərbaycana gəldikdə Qərb ikiüzlülüyünü göstərir. Fəqət, Azərbaycan öz siyasətini özünün yaratdığı reallıqlara əsaslanaraq yeridir və Qərbin ikili standartları qəlb bulandırsa da, reallıqda Azərbsycanın mövqeyinə heç cürə təsir edə bilməz.

Vüqar Dadaşov-politoloq
Xəbəri paylaş