Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan getdikcə "aktivləşir" – 2022-ci il ssenarisi işə düşür

İrəvan getdikcə "aktivləşir" – 2022-ci il ssenarisi işə düşür


Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Aydın məsələdir ki, bu işi təkbaşına görmür. Qərbdəki havadarlarından dəstək alan İrəvan Qarabağdakı erməni əhalinin guya blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır və bu istiqamətdə fəaliyyətə başlayıblar.
Ermənistanın məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaqla nail olmaq istədiyi hədəflər var:

Birincisi, İrəvan qərbli havadarlarına arxalanaraq beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək istəyirlər. Bununla həm də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının mümkün olmadığı, öz müqəddəratlarını təyin etmələrinin zəruri olduğu tezisini qəbul etdirmək məqsədi güdürlər.
İkincisi, rəsmi İrəvan Azərbaycana qarşı konkret bəyanatın qəbul edilməsinə çalışır. Hansı ki, bu bəyanat fonunda iddia etdikləri “humanitar fəlakətə” hüquqi baza yaratmaq istəyirlər.

Üçüncüsü, İrəvan Azərbaycan əleyhinə bəyanat qəbul ediləcəyi təqdirdə bunu qətnaməyə çevirməyi və Laçın yolunun açılmasına nail olmağı düşünür.

Mümkündür ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclas çağırışı qəbul ediləcək. Lakin bu, nəticəni dəyişməyəcək.

Məsələ ondadır ki, Azərbaycan erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb.

Ərazidə sərhəd-keçid məntəqəsi qurması suveren hüquqlarından istifadədir. Belə bir zərurət Ermənistanın 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq bu yolla Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 min erməni hərbi qulluqçunun rotasiyasını həyata keçirməsi, hərbi istehkamlar qurmasına görə yarandı. Son iki il ərzində Ermənistan SQ-yə məxsus hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə daşımalar həyata keçirib, işğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub.

Ermənistan ilk dəfə deyil ki, BMT TŞ-də sənəd qəbuluna cəhd edir. Belə ki, 2022-ci il dekabrında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından Parisin irəli sürdüyü bəyanat layihəsi havada qaldı. Çox güman ki, bu dəfə də dəyişən bir şey olmayacaq.

Əvvəla, ona görə ki, rəsmi Bakı Ermənistanın bu və bu kimi cəhdlərinə hazırlıqlıdır. Misal üçün, bundan öncə Fransanın təşəbbüsünə BMT TŞ-nin daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərindən BƏƏ və Albaniyanın qarşı çıxdı.

Əgər Ermənistanın iddiası bəyanat kimi qəbul edilərsə, bunun qətnaməyə çevrilməsi real deyil. Çünki ilk veto qoyacaq ölkə Rusiya olacaq. BMT TŞ illərdir vahid qərar verməkdə acizdir. Daimi üzvlər bir-birinin əleyhinə veto hüququndan istifadə edirlər. Ehtimal ki, bu dəfə də belə olacaq.

Turan Rzayev-politoloq
Xəbəri paylaş