Münasibətlərdə fikir ayrılıqları və mübahisələrin olması çox təbiidir. Hər bir münasibətdə müəyyən zaman müddətində anlaşmazlıqlar və mübahisələr olur. Bəzən bu mübahisələr və anlaşmazlıqlar münasibətlərə ciddi zərər də vura bilir. Mübahisə zamanı səhv kəlmələrdən istifadə edən zaman bu münasibətdə bir çox şeyi məhv edə də bilər. Yaşanmış mübahisədən sonra münasibəti bərpa etmək və vəziyyəti düzəltmək üçün bir sıra addımlar atmaq çox vacibdir. Mübahisədən sonra vəziyyəti düzəltməyin bir sıra yollarını qeyd etmək istərdim :
1. İlk növbədə zaman verin. Hər ikiniz problemi həll etməyə çalışmazdan öncə sakitləşməli və fikirlərinizi toparlamaq üçün bir - birnizə vaxt verməlisiniz. Bu mübahisənin daha artıq olmasının qarşısını almağa kömək edir. Eyni zamanda da duyğularınızın sakitləşməsinə imkan vermiş olacaq.
2. Ünsiyyət qurduğunuz zaman açıq və səmimi olun. Hər ikiniz də mübahisədən sonra özünüzü hazır bildiyinizdə müzakirə barədə səmimi , açıq və dürüst danışın. Bir - birinizin baxış bucaqları fərqli olsa da, qarşınızdakı şəxs düşüncələrini ifadə edən zaman onun sözünü kəsməyin, empatiya ilə yanaşın , fəal dinləyən zaman hisslərinizi və sizi narahat edən səbəbləri də bildirin.
3. Üzr istəməyə hazır olun. Mübahisə zamanı yaşananlara görə məsuliyyətlərinizi üzərinizə götürməyi bacarmalısınız. Etdiyiniz səhvlikləri etiraf edin və üzr istəməyə hazır olun. Peşman olduğunuzu bildirin və dəyişmək öhdəliyinizi üzərinizə götürün. Sözlərinizin və ya hərəkətlərinizin münaqişəyə necə kömək edə biləcəyini düşünün.
4. Empati qurmağı və bağışlamağı bacarın. Özünüzü qarşınızdakının yerinə qoymağa çalışın, onun hisslərini və baxışlarını anlamağa çalışın. Qarşınızdakı şəxs sizdən üzr istəyirsə onu bağışlamağa açıq olun. Bağışlamaq münasibətləri bərpa etmək üçün çox vacib bir addımdır.
5. Sağlam münasibət üçün ortaq bir yol , ümumi bir dil tapın. Aranızda yaşanan bu cür münaqişələrin yaranmasının qarşısını almaq üçün gələcəkdə ünsiyyəti yaxşılaşdırmağın yollarını birgə müzakirə edin. Aktiv dinləmə tətbiq edin, açıq dialoqu təşviq edin, münaqişələrin effektiv həll yollarını öyrənin, fikir ayrılıqlarını hörmətli şəkildə həll etməyi bacarın. Münasibətinizdəki əlaqəni gücləndirməyə və birlik hissi yaratmağa kömək edə biləcək ortaq hədəflərinizi , məqsədlərinizi və maraqlarınızı müəyyən edin.
Elnarə İsazadə-psixoloq