Dilin lüğət tərkibinin ən qədim laylarından biri qohumluq terminləridir. Qohumluq münasibətləri ifadə edən sözləri hər hansı bir dildə müəyyənləşdirmək xüsusi əmək tələb edir. Qohumluq terminlərinin müqayisəli tarixi planda tədqiq edilməsi yalnız linqvistik deyil, həm də tarixi və etnoqrafik nöqteyi nəzərdən vacibdir.
Bir çox cəmiyyətlərdə qohumluq, cinsiyyət ilə birlikdə ən vacib sosial təşkili prinsipidir. Qohumluq statusu və mülkü nəsildən-nəslə ötürmək üçün bir vasitə rolu oynayır.
Bəşər övladı var olduğu gündən onlar arasında qohumluq münasibətləri vardır. İnsanlar bu münasibətlərdə müxtəlif qohumluq terminləri ilə bir-birilərinə müraciət etmişlər. Lakin bəzi qohumluq terminləri də vardır ki, onlar ədəbi dildə mövcud deyil, yalnız azərbaycanın müxtəlif regionlarında təsadüf olunur.
Azərbaycan dilində qohumluq terminləri başqa dillərdə olduğu kimi qohumluq münasibətləri, nəsil üzrə yaş fərqi, cins lateral (yəni yaxın, uzaq qohumluq) istiqamətləndirmə semantik əlamətlərinə görə fərqlənən terminlərlə ifadə olunur. Müasir azərbaycan dilində yaş fərqinə görə müəyyənləşən xüsusi qohumluq terminləri mövcud deyil. Yalnız müəyyən dialektlərdə müşahidə olunur. Məsələn, dialektdə böyük qardaşa – dadaş, ədə, daha çox Şahbuz və Şərur rayonunun kəndlərində qağa; kiçik qardaşa isə - qaqaş (əzizləmə mənasında) deyirlər.
Azərbaycan və İngilis dillərində qohumluq terminlərinin ümumi cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətləri də mövcuddur. Müasir ingilis dilində işlənən bəzi nigah qohumluq terminləri vardır ki, qədim ingilis dilində mövcud olmayıb.
İngilis dilində “wife” sözü “arvad, evli qadın” mənasında işlənir. Qədim və orta əsrlərdə ingilis dilində “wife” sözü “qadın, arvad, xanım” mənasında işlənirdi. Qədim dövrdə “wife” sözü “wif” formasında dilin lüğət tərkibində mövcud idi. Nikah qohumluğundan yaranan terminlər dilimizdə zəngindir. Nikah qohumluğu terminləri aşağıdakılardır:
ər, arvad, qayınata, qayınana, qayın, qayınoğlu, qayınqızı, baldız, baldızoğlu, baldızqızı, kürəkən, gəlin, qardaşarvadı, yeznə, əmidostu, bacanaq, elti, quda, günü və s. Dialektlərimizdə nikah qohumluq terminləri daha genişdir.
Məs: gəlinə-şahbacı, qardaş arvadına- aba, sonacanı, qayına-mirzə, dayı arvadına-daycanı. Azərbaycan dilində işlənən “elti, günü” sözləri yalnız qadın cinsinə aid münasibətləri ifadə edir.”Bacanaq, yeznə, kürəkə“ nikah qohumluq terminləri isə kişi cinsinə mənsubdur.
Məs: qədim ingilis dilində “qayın” mənası aşağıdakı kimi ifadə olunurdu:
the lady’s husband’s brother. My wife’s brother (8).
Müasir ingilis dilində “husband” termini ər mənasını daşıyır. Qədim ingilis dilində bu söz əslində iki sözdən ibarət olmuş və mürəkkəb söz kimi defislə yazılmışdır. Məs: hus-bonda.
Qohumluq terminologiyalarının sistemli şəkildə öyrənilməsi XIX əsrin ortalarında başlanılmışdır. Qohumluq terminologiyalarının tədqiqi ilə ilk dəfə L.Morqan məşğul olmuşdur. Etnoqrafiya aləmində ata və ananın əsas və ikinci dərəcəli qohumluq xətləri əsasında 4 qohumluq sistemi (ailə tipi) qeyd edilir. Aşağıdakılardır :
• Havay qohumluq sistemi
• Ərəb qohumluq sistemi
• İrokez qohumluq sistemi
• İngilis qohumluq sistemi
Etnoqrafik materiallara əsasən deyə bilərik ki, qohumluq münasibətlərinin iki cəhəti diqqəti cəlb edir: yaxın və uzaq qohumlar. Bu əlaqəyə daxil olan yaxın qohumluq münasibətləri doğmalıqla bağlıdır. Buraya atanın soyadından olan 3-4 nəsil həddində olan qohumlar daxildir. Pierre Bourdieu, Levi Strauss və Evans Pritchard qohumluq əlaqələri əsasında müxtəlif nəzəriyyələr irəli sürmüşlər. “Qohum” (kin) termini Andrew Lang və F. G. Frazer tərəfindən qəbul edildi və “qohumlar” (kins) deməkdir. Henry Lewis Morgan, terminologiyanın təsnifat metodu olduğunu və bu səbəbdən qohumluq sistemlərinin başa düşülməsinə səbəb olduğunu görən ilk antropoloq idi.
Qohumluq sistemləri, ümumi sosial quruluşun inteqrasiyasına təsir göstərən və cəmiyyətin nizamlı bir şəkildə özünü böyütmə qabiliyyətini artıran yolları birləşdirən ailələri (və ailələrdə yaşamayan şəxslərə) birləşdirən mexanizmlərdir. Qohumluq bu sosial funksiyaları iki şəkildə yerinə yetirir. Birincisi, qan bağları və nigahla müəyyən edilən münasibətlər vasitəsilə qohumluq sistemləri, əlaqəli şəxslərin ömrü boyu mövcud olan hazır əlaqəli sosial əlaqələrin mövcud şəbəkələrini yaradır və ikincisi, məhdud ömür sürməsinə baxmayaraq nəsillər arasında müəyyənləşdirilən ailə əlaqələrinin müvəqqəti davamlılığını təmin edir. Müasir şəbəkələrin quruluşunu və müvəqqəti fasiləsizlik rejimlərini tənzimləyən normalardakı dəyişikliklər bu məqalədə təsvir olunan qohumluq sistemlərinin tipologiyaları üçün əsas yaradır. Qohumluq sistemləri və ailə növləri arasındakı konseptual əlaqələrdə sosial elm adamları hər iki yanaşmadan birini tətbiq etdilər
Əhmədzadə Gülöyşə Azad qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi