Ermənistanın dünyaya baxışı görünən odur ki, idealist baxışdlr. O, hesab edir ki, günün birində Rusiyaya burdan çıx get deyəcək, Rusiya da tezliklə çıxıb gedəcək və onun yerinə Qərb gəlib Ermənistanda oturacaq. Rusiya burda olanda xoşbəxt olmayan Ermənistan Qərb gələndə xoşbəxt olacaq. Ermənistanı dövlət kimi yaradıb, içərisini erməni ilə dolduran Rusiya da buna sakit baxacaq. Məsələ onda deyildir ki, Rusiya və Qərb bir-biriləri ilə konflikt vəziyyətindədir və tutaq ki, Ukraynada bir-birilərinə qarşı cəbhə alıblar. Erməni toplumu məsələsində tək Rusiya və Qərb yox, müsəlman hesab edən İranla belə birlik ola bilirlər. Amma bu, o demək deyildir ki, Ermənistan onlardan birini atıb digərini tuta bilər. Ermənistan Türk dünyası ilə mübarizə məqsədi ilə yaradılıb. O, yalnız türklərə qarşı mübarizədə birlikdə istifadə edilə bilər. Onu yaradanlara qarşı mübarizədə yox. Görürük ki, Ermənistan guya İranın düşməni Amerika ilə hərbi təlim keçiririr, Qərbə inteqrasiyadan danışır İrandan səs çıxmır, amma Azərbaycan Zəngəzur dəhlizinin açılmasından bəhs edən kimi İran sərhəddə ordu yığır, Ermənistanın ərazi bütövlüyündən danışır. Nəticə olaraq xarakterik məsələ odur ki, Ermənistan hakimiyyəti ənənəvi rolunu, yəni Türk düşmənçiliyi və Türk dünyasına təzyiq, ayırmaq rolundan imtina etmək və onu yaradanların oyununda alət olmaqdan uzaqlaşmaq, idealist bir dövlət olmaq istəyir. Bunun üçün də, hətta, Qarabağdan da rəsmi şəkildə imtina edir. Təbii ki, öz xoşuna olsa idi bunu etməzdi. Azərbaycanın dəmir yumruğu onu bunu etməyə vadar etdi, amma bir maraqlı məsələ də odur ki, Ermənistanı idealist edən də bu "Dəmir yumruq" oldu. Başına yumruq dəyəndən sonra Ermənistanın başına yeni fikirlər gəldi”.