Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antiterror tədbirləri erməniliyin sonu oldu

Antiterror tədbirləri erməniliyin sonu oldu


"Ermənistan ordusu məğlub olsa da dağılmış ordu hissələri separatçılarla birlikdə Xankən­din­də, Ağdərədə, Xocalıda fəaliyyət göstərir, müxtəlif terrorlar törədirdi. Bu terrorlar bilavasitə Ermənistanın xarici siyasətinin tərkib hissəsi kimi təzahür edirdi – yenidən işğala meyillənmə, bəlkə yeni ərazilər içğaletmə imkanı. Azərbaycan ordusunun hissələri belə terrorları vaxtında zə­rər­sizləşdirsə də hamıısını əvvəlcədən duymaq, bilmək, hiss etmək mümkün olmurdu. Bu baxımdan Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirirdi. İkinci Qarabağ mü­ha­ri­bəsi 2020-ci ilin noyabrında başa çatmışdı, ancaq məğlub Ermənistan Azərbaycanın işğal­dan azad edilmiş ərazilərində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar basdırırdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili bildirib ki, Ermənistan döyüş mövqelərinin şəxsi heyətlə, zirehli texnika ilə, artilleriya qurğuları ilə, digər atəş vasitələri ilə gücləndirirdi:

"Bu gücləndirmə sülh danışıqlarından yayınan Ermə­nis­tanın revanşist meylinin təsdiqi idi. Ermənistanın ordusu yüksək döyüşə hazırolma səviy­yəsinə gətirilmişdi, səfərbərlik üzrə əlavə bölmələr yaradılmışdı, Azərbaycan Ordusunun böl­mə­­lərinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilmişdi.

Ermənistanın kəşfiyyat-diversiya qrupları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən mina quraşdırmışdı, bu minanın partlaması nəticəsində Azərbay­can Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan partladı, mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi minaya düşdü, hərbi qulluqçularımız həlak oldu, yara­lan­dı".

Deputat diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Res­pub­likasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 20-də bölgədə lokal xarakterli anti­ter­ror tədbirlərinə başladı:

"Qısa müdddətdə düşmənin 80-dən çox döyüş mövqesi, zenit-raket kompleksi, onlarla döyüş texnika­­ı, yüzlərlə canlı qüvvəsi məhv edildi, heç bir mülki obyektə atəş açılmadı. Azərbaycan yenə tolerant dövlət kimi separatçılara, da­ğılmış Ermənistan ordusunun hərbi qulluqçularına son xəbərdarlıq etdi. Döyüş dayandırıldı, Xankəndi ağ bayraq qaldırdı. silahlı erməni qüvvələri tərksilah edildi.

Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüş keçirildi"

Səbinə Xasayeva bildirib ki, sentyabrın 20-də xalqa müraciətində ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşə­kar­­lı­ğını, tapşırılan vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edən Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyev dedi: “...bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır...”.

Lokal xarakterli antiterror tədbirləri erməniliyin sonu oldu.

Anar Əliyev
Xəbəri paylaş