Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zori Balayan "YOL"unun sonu

Zori Balayan "YOL"unun sonu


35 il əvvəl Qarabağda separatizmi və etnik millətçiliyi başladan Zori Balayanın bu zəhərli ideologiyası hayların öz başında çatladı. Cənab İlham Əliyevin Dəmir Yumruğu ilə darmadağın olan hay nasizmindən, separatizmindən bölgə xalqlarının canı birdəfəlik xilas olmaqdadır.

Zori Balayan vaxtilə qələmə aldığı “Yol” kitabında insan həyatının keşməkeşli epizodlarını təsvir edirdi, indi həmin həyatı öz xalqı yaşayır, Qarabağda məskunlaşmış haylar bu qaranlıq “Yol”un sonuna gəlib çıxdılar.

Biz Balayan, Sarkisyan, Köçəryan, Aqambekyan, Melkomyanların vəhşiliyinə, qəddarlığına rəğmən, ermənilərə qarşı yenə də öz insanlığımızı göstəririk, 35 il əvvəl Qərbi Azərbaycandan ev-eşiyimiz zorla tərk edərkən bütün mal-mülkümüzü, hər şeyimizi qoyub gəlmişdik. Ancaq Azərbaycan onları köçməyə məcbur etmir, könüllü gedənlərin isə maşın-maşın əmlaklarını, qoyun-sürülərini aparmasına şərait yaradır.

Bizim fərqimiz budur, Azərbaycan erməniləri Qarabağda, Xankəndidə qalmağa dəvət edir, ən etibarlı şəkildə təhülküəsizliyini və rifahını təmin edəcəyinə zəmanət verir, bizimlə birgə multietnik cəmiyyətin bir hissəsi olaraq yaşamağa çağırır.

Seçim onlarındır, Zori Balayanın çızdığı “YOL” bu gün onların həyat manifestinə çevrilir.

Z.Balayanın “Ocaq” kitabı haylar üçün əsil cəhənnəm tonqalı oldu, onların kitabı birdəfəlik bağlandı, “Ocağ”ı həmişəlik söndü.

Bu gün Xankəndini könüllü tərk edən yüzlərlə hayın dilindən Qorbaçova qarğış, ah-naləni eşidirik. O, Qorbaçova ki, Zori Balayanın, Silva Kaputikyanla birgə Moskvada görüşdə onlara Qarabağ vəd etmişdi, “Miatsium”a inandırmışdı. Balayanın 1987-ci ildə 75 min Qarabağ ermənisinin adından Qorbaçova ünvanladığı petisiya indi 75 min hayın deyil, dünya erməniliyinin cəhənnən protokoluna çevrilib.

Onun ideologiyası həm də “Dənizdən dənizə” idi, indi haylar Həkəri çayından bu yana keçə bilmirlər.
Müzəffər və Möhtərəm İlham Əliyev həm də həkim olan Balayanın “Böyük Ermənistan” xəstəliyinə birdəfəlik çarə tapdı.

İndi onu müdafiə edəcək heç kim qalmayıb, Qorbaçov gorbagor olub, hayların sarsaq “Arsax” ideyasını Azərbaycan əsgəri dəfn edib.

Zori isə ölməyib, bir neçə il əvvəl ağır infarkt keçirən, iflic olan, hərəkət qabiliyyəti və danışığını itirən bu 88 yaşlı qoca ancaq canlı meyit kimidir. Ermənilərin “Arsax”ı donuzları ilə birgə tərk etməsindən ağır psixi sarsıntılar keçirir. Separatçıların ağ bayraq qaldıraraq bir-bir Azərbaycan Ordusuna qandallı təslim olmasından, donuzluğa salınmasından vahiməyə düşüb.

Özünü tamamilə buraxan “Arsax”ın ağ bayrağı onun üçün ağ kəfənə çevrilib.

Arzumuz odur ki, Balayan hələ ölməsin, Ruben Vardanyan və digər separatçılar kimi Azərbaycan xalqı və İlahi ədalət qarşısında mühakimə olunmasını gözləyirik.

O, murdar əməllərinə, qaniçən cani kimi Azərbaycan dövləti və Xalqı qarşsında cavab verməlidir.

Xocalı soyqırımının təşəbbüskarlarından biri kimi pəncərəyə mismarladığı uşaqların, başının dərisi soyulmuş, cəsədi hissə-hissə doğranmış körpələrin soyqırımına görə, cavab verməlidir.

1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi, 12 nəfərin ölümünə, 42 nəfər isə yaralanmasına bais olduğu üçün cavab verməldir. Onun barəsində hələ neçə illər əvvəl açılmış cinayət işinin vərəqləri hələ də köhnəlməyib.

Zorinin vaxtilə yazdığı kitabların hər birinin adını da təsadüfi seçməyib - “Qasırğa”, “İki od arasında”, “Yazılmamış qanun”, “Narahatlıq”, “Qəza” kimi əsərlərini yazarkən hayların gələcək fəlakətlərini göz önünə gətirərək əsil “uzaqgörənlik edib”.

“Sonuncu matç” povesti və iki hissəli televiziya filmi ilə ermənilərin Qarabağdakı sonuncu həyat hekayəsini təsvir edib. “İstintaq eksperimenti” əsəri isə birbaşa özünün həyatı üçün qələmə alınıb. O, gec-tez İstintaqda əsil eksperiment olacaq. Sonda Z.Balayanın “Bizə kişi söhbəti lazımdır” povestini də xatırlatmaq yerinə düşərdi. Doğrudur onun, kişiliyi və qeyrəti yoxdur ki, üzə çıxıb kişi söhbəti etsin.

Ancaq ümid edirik ki, Zorinin 35 il əvvəl təməlini qoyduğu separatizmin erməni xalqına və bölgəyə hansı faciələr gətirməsini etiraf edəcək və Sülhü imzalamağa cəsarəti çatacaq bir nəfər də olsa hay kişisi tapılacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş