
Azərbaycan və Türkmənistan mədəniyyət nazirlərinin müavinləri iki ölkə arasındakı mədəni əlaqələrin perspektivini müzakirə ediblər.
Newscenter.az-ın məlumatına görə, "Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, nazir müavinləri Murad Hüseynov və Nursahed Şirimov iki ölkə arasındakı qardaşlıq münasibətinin bütün sahələrdə olduğu kimo mədəniyyət sahəsində də inkişafının vacibliyini qeyd ediblər.
Görüşdə Azərbaycan və türkmən xalqlarının qədim və zəngin mədəni yaxınlığı konteksində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir müavinləri xalqlar arasındakı qardaşlıq münasibətləri baxımından qarşılıqlı mədəniyyət günlərinin təşkilinin vacibliyinə də diqqət çəkiblər.












































