2003-cü il oktyabr ayının 15-i prezident seçkiləri zamanı cənab İlham Əliyevin qalib gəlməsi xalqın Ulu Öndər Heydər Əliyev siyasi xəttinə olan inamın göstəricisi idi. Ümummilli lider tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirilməsi nəticəsində bütün parametrlər üzrə yüksək nailiyyətlər əldə olundu. Azərbaycan öz sərhədlərini aşaraq dünya iqtisadiyyatına töhfələr verməyə başladı. 2009-cu ildə iqtisadi inkişaf proqramları nəticəsində ölkəmiz keçid dövrünü uğurla başa vurmuşdur. Nəqliyyat, enerji, təhsil, turizm və digər sahələr üzrə infrastruktur yenidən qurulmuşdur. Artıq ölkəmiz iqtisadi sahədə möhkəmlənərək borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Bu praqmatik siyasətin sosial-iqtisadi sahədə göstəricisi idi. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amil kimi gündən-günə güclənir.
Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Ali Baş Komandanın islahatyönümlü siyasi fəaliyyəti ictimaiyyət tərəfindən hər zaman tam şəkildə dəstəklənir. Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal enerji böhranlarından və hazırda davam edən pandemiyadan çox böyük məharətlə qorunmuşdur. Məhz, İlham Əliyevin inamlı böhran idarəçilik məharəti sayəsində qeyd olunan qlobal böhranların Azərbaycana təsiri minimum olmuş və ölkəmiz dayanıqlı iqtisadi inkişaf potensialını qoruyub saxlaya bilmişdir. Burada pandemiya ilə bağlı qlobal baxışın formalaşdırılması və qlobal həmrəyliyin təmin edilməsi məqsədilə cənab İlham Əliyevin təşəbbüslərini xüsusilə qeyd etmək lazımdır. Beləki, dövlət başçısının təşəbbüsü ilə dünyanın ən böyük iki beynəlxalq müzakirə platformasının – Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının iclasının keçirilməsi mühüm sayılacaq əsas tədbirlər sırasındadır. Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlmiş və Dünya Bankı tərəfindən bu sahədə “ən islahatçı ölkə” statusu verilmişdir. Dünya Bankının “Doing Business” hesabatına görə, hazırda Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu 34-cü, biznesə başlamanın isə ən asan olduğu 9-cu iqtisadiyyatına malikdir. Müstəqil Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracından daha sürətlə artmağa başlamış və iqtisadi artımın getdikcə əhəmiyyəti artan mənbəyinə çevrilmişdir. Eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verilmişdir. Həyata keçirilən neft və qaz layihələri BTQ, TANAP, TAP, kimi transmilli layihələr, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən digər mühüm layihələr məhz bu dövrdə reallaşmışdır.
Mədəni sahədə atılmış addımlar siyahısına ‘’TÜRKSOY’’-un Bakıda keçirilmiş qurultayları, Bakıda keçirilmiş Avroviziya mahnı müsabiqəsi, I Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula-1 yarışlarını qeyd edə bilərik. Prezident İlham Əliyevin hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində tədbirləri çoxşaxəli xarakter daşıyırdı. Bu tədbirlər geosiyasi zəmində Azərbaycanın strateji mövqeyini artırmaq yolunada mühüm perspektivlərin olması ilə nəticələnmişdir.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin nizama salınması istiqamətində atılan addımlar ölkəmizin ərazi bütovlüyünün tam təmin olunması mümkünlüyünü bəyan edən Prezident İlham Əliyev beynəlxalq tribunalarda çıxışı zamanı işğalla heç vaxt barışmayacağımızı diqqətə çatdırmışdır. Sülh yolu ilə danışıqlar nəticə verməyəcəyi tədqirdə torpaq bütünlüyümüzü bərpa etmək üçün hərb variantının qaçılmaz olduğu qeyd etmişdir. Münaqişə həll olunmadan bölgədə heç bir müsbət irəliləyişlərin olmayacağını vurğulayan dövlət başçısı milli maraqlarımızın təmin olunması üçün sona qədər mübarizə aparacağını bildirmişdir. Ordumuzun yüksək səviyyədə silahla yüksək təchiz olunması Ali Baş Komandanın xüsusi nəzarətində olmuşdur.
Ermənistan tarixən boyu torpaqlarımızn işğalı ilə kifayətlənməmiş təxribatlar törətmişdir. Son olaraq, 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun istiqamətində həyata keçirdiyi hücumların qarşısı qətiyyətlə alındı. Xəbərdarlıqlara və aldığı zərbələrə məhəl qoymayan Ermənistan cəbhəboyu ərazilərə qoşunlarını cəmləşdirərək diversiya qrupları ilə hərbi gərginliyi artırırdı. Azərbaycan ordusunun bölmələrinə həmin hücumların qarşısını almaq və ərazi bütovlüyümüzün bərpası üçün 2020-ci ilin sentyabrın 27-də bütün cəbhəboyu istiqamətlərdə hərbi əməliyyatların görülməsi barədə tapşırıq verildi. Azərbaycan 44 gün ərzində Ermənistana ən böyük məğlubiyyəti yaşadaraq Cənubi Qafqazın bütün parametrlər üzrə ən güclü dövləti olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin əzici üstünlüyü qarşısında ordusu darmadağın olan Ermənistan Baş Naziri Nikol Paşinyan kapitulyasiya aktı imzalamağa məcbur oldu. 10 Noyabr bəyanatının bəndlərində qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılmalı olduğu qeyd olunsa da, Ermənistan şərtləri kobud şəkildə pozaraq təxribat xarakterli məkrli siyasətindən əl çəkmirdi. 30 il yalnız bənayat vermək və səfərlərlə kifayətlənən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətini itirmişdi.
Artıq görüşlər yeni formatda keçirilirdi. Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqının Prezidenti Şarl Mişellə üçtərəfli formatda görüşlər həyata keçirildi. Prezident İlham Əliyev siyasi əzm nümayiş etdirərək qətiyyətlə düşmən ölkənin bəyənamənin şərtlərinə əməl etməsinin vacibliyini qeyd edir və qanunsuz birləşmələrin təxribatlara son verərək ərazilərimizi tərk etməli olduqlarını vurğulayırdı. Qarabağ ərazisində qondarma rejimin qanunsuz ‘‘seçkilər’’ keçirməsi, qanunsuz yollarlarla silah daşınması, ermənilərdə revanşist ab-havanı gücləndirmək və silahli birləşmələrin təxribatı vəziyyəti daha da pisləşdirirdi. Son olaraq Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58 km-lik məsafədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsi baş verdiyi əraziyə gedən polis əməkdaşları ermənilərin yerləşdirdiyi minaya düşərək həlak olublar. Bundan sonra Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən çıxmalı, qeyri-qanuni birləşmələr silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlarından çıxmalı, silah sursat təhvil verilməli və bu proseslər sülhməramlı kontingentin fəaliyyəti ilə birbaşa həyata keçirilməlidir. 23 saat 43 dəqiqə davam edən hərbi əməliyyatlar zamanı düşmən ağ bayraq qaldıraraq təslim oldu. Əməliyyatların nəticəsində hərbi qüvvələrimizin gücü, şücaəti ilə düşmən təslim oldu və ağ bayraq qaldırdı. Əməliyyat nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərədə suverenliyimiz və konstitusiya quruluşumuz bərpa olundu. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və siyasi liderə xas olan əzmli qətiyyəti, milli maraqların təmin olunması yolunda bəhrəsini verdi. 30 ildir işğal altında olan ərazilərimiz əsl sahibinə qayıtdı. Cənab Prezident İlham Əliyev öz çıxışlarında Qarabağın yerli sakinlərinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək sülh və əmin amanlıqla yaşaya biləcəklərini bəyan etdi.
Keçən illər ərzində qlobal və regional güclər arasında artan ixtilaflar və beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər mövcud olsa da, artıq geostrateji vəziyyət yeni reallıqlar yaratmışdı. İkinci Qarabağ muharibəsi və ondan sonra həyata keçirilən lokal xarakterli hərbi əməliyyatlar beynəlxalq hüquq normaları çərçivəsində tanınmış ərazilərimizin bərpası ilə regionda geosiyasi vəziyyəti tamamilə lehimizə dəyişdi. Azərbaycan öz torpaqlarını azad edərək sərhədlərə nəzarəti bərpa etməsi ilə yanaşı, Ermənistanın əsas yollarını nəzarətə götürməsi yeni dəyişikliklər fonunda əsas üstünlüyünün təminatçısına çevirdi. Nəticə etibarilə, Azərbaycan 30 ildir təsir altında olan ərazilərini azad etməklə üzərində olan təsir mexanizmlərini kifayət qədər azaldaraq yeni təsir dairəsi əldə etdi. Zəngəzur dəhlizinin əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdıran faktor kimi çıxış edir. Dəhlizin açılması Prezident İlham Əliyevin hal-hazırki siyasətinin əsas prioritet istiqamətdir. Ali Baş Komandan İlham Əliyev müharibə sonrasında bütün xarici təyziqlər qarşısında məğrur şəkildə durması, müxtəlif dünya ölkələrinin televiziya kanallarında çıxış etdiyi zaman Erməni yalanlarını ifşa edərək əsl həqiqətləri tarixi faktlarla dünya ölkələrinin diqqətinə çatdırması, diplomatik zəkası siyasi imici və verilmiş tənqidi suallara adekvat cavabları harizmasını təcəssüm etdirir. Azərbaycan və Türkiyə arasında qardaşlıq tellərinin möhkəmliyini vurğulayan Prezident İlham Əliyev tək millət şüurunun hər iki coğrafiyada zirvə nöqtəsində olmasını və regionda yeni bir güc balansının yaratması ideyasını qeyd etmişdir. Qarabağ müharibəsinin önəmli nəticələrindən biri də türk dünyasında qardaşlıq, birlik, həmrəylik ideyalarının ön plana çəkilməsi olmuşdur. Türkiyə prezidenti R.T.Ərdoğanın həyata keçirdiyi milli siyasət Türkiyənin güclənərək dünyanın güc mərkəzlərinə çevrilmiş dövlətlər tərəfindən daxili və xarici siyasətə təsir kimi məkrli planlarını puça çıxarması və regionda əsas söz sahibi olan dövlətə çevrilməsi Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənməsi və bir-birinə həm siyasi, həm iqtisadi, həm də milli maraqlar baxımından dəstəyi regionun güc balansında dəyişiklikləri şərtləndirir. Rusiyanın əsas söz sahibi olduğu Qafqaz regionunda Türkiyə amili də ön plana çıxır. Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi uğurlu siyasətin məntiqi davamı olaraq Azərbaycan dünyada milli maraqların təmin olunması istiqamətində əsas prioritetini davam etdirmək yolunda irəliləyir.
AVP rəsmisi Sadıqova Gülay