Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş verənlər sadəcə riyakarlığın, ikili standartların göstəricisidir

Baş verənlər sadəcə riyakarlığın, ikili standartların göstəricisidir


"Bu gün Azərbaycan qarşı olmayan iddialarla çıxış edən Avropa qurumları yaxşı olar ki, biraz da keçmişə nəzər salsınlar. Məsələn, Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2005-ci il tarixində qəbul etdiyi “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 (2005) saylı Qətnamə və 1690 (2005) saylı Tövsiyəyə baxsınlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Avropanın siyasi təsisatlıarı tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli mövqe və qəbul edilən qətnamələrə münasibət bildirərkən səsləndirib. Politoloq qeyd edib ki, Parlament Assambleyasının həmin Qətnaməsində yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşdüyü, Azərbaycan ərazisinin xeyli hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir:

"Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öhdəliklərinin ciddi şəkildə pozulması olduğunu bildirmiş və münaqişə zonasından didərgin düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnu bir daha təsdiqləmişdir. Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırlatmış və hərbi qüvvələrin işğal olunmuş ərazilərdən geri çəkərək onlara əməl etməyə çağırmışdı. Və ya 26 yanvar 2016-cı il tarixdə Assambleyanın plenar iclasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilməsi” ilə bağlı hesabatlara nəzər salsınlar. “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” adlı hesabatda Avropa Parlameti Ermənistan silahlı qüvvələrinin müvafiq bölgədən dərhal çıxarılmasını istəmiş və Ermənistan hakimiyyətini su mənbələrindən siyasi təsir vasitələri və ya münaqişə tərəflərinin biri üçün üstünlük yaradan təzyiq aləti kimi istifadə etməyi dayandırmağa çağırmışdır. Amma nəticəsi nə oldu? Heç nə. Nə Ermənistan Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkdi, nə də Avropa İnstitutları öz qəbul etdikləri Qətnamə və tövsiyyələrə riayyət edərək Ermənistanla bağlı hər hansı addım atmadılar".

Politoloq hesab edir ki, indi baş verənlər sadəcə riyakarlığın, ikili standartların göstəricisidir:

"Bu cür mövqe ermənilərdə revanşist mövqenin güclənməsinə, nəticədə regionda yenidən vəziyyətin gərginləşməsinə xidmət edir".

Anar Əliyev
Xəbəri paylaş