Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır

Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır


Avropada zaman-zaman Azərbaycana qarşı nümayiş etdirilən qərəzli, ədalətsiz mövqe İkinci Qarabağ müharibəsində tarixi zəfərimizdən sonra özünü daha çılpaq şəkildə göstərməyə başlayıb. Maksimum dərəcədə Ermənistanın mövqeyindən çıxış edən qitə dövlətlərinin mütləq əksəriyyəti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını da yubadırlar. Hər halda Brüssel formatında keçirilən görüşlərə əlavə oyunçular, Fransa və Almaniyanın cəlb edilməsi cəhdi bunun əyani sübutudur.

Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, məhz qiitə dövlətlərinin bəzilərinin pozuculuq əməllərinin nəticəsidir ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bu ayın axırında görüşü baş tutmadı:

"Təbii ki, Avropa parlamentinin və Avropa Şurasının Azərbaycana qarşı əsassız qətnamələrinin qəbulu, Avropa İttifaqı rəsmilərinin Azərbaycanın suverenliyinə qarşı açıqlamaları, ən əsası isə, Qarabağdan köçən ermənilərin geri qaytarılması kimi məsələlərin danışıqlar masasına çıxarılması gözlənilən görüşün üstündən xətt çəkdi.

Bu gün Ermənistan Baş naziri N. Paşinyanın Tiflisdə keçirilən İpək yolu forumunda regionun xəritəsini nümayiş etdirərək, kommunikasiyaların açılmasını qeyd edib sülhdən danışmasına baxmayaraq danışıqlarda əsassız iddialar irəli sürür. Azərbaycanın Qranada və Brüssel görüşünə qatılmaması, artıq Avropa İttifaqının vasitəçiliyinin Bakı tərəfindən qapadılmasıdır. Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır. Avropa İttifaqının mövqeyində dəyişikliklər isə, rəsmi Parisin təzyiqləri fonunda formalaşıb".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı əvvəlki kursundan yayınaraq konkret məsələlərlə bağlı deyil, erməni iddiaları ilə məsləyə qatılır:

"Artıq, Azərbaycan və Ermənistan arasında danışıqlar üçün üçüncü tərəfin iştirakı olmadan ikitərəfli format daha məqbuldur. Bundan sonra, Azərbaycanın Ermənistanla üçüncü tərəfin iştirakı ilə mənasız sülh danışıqlarına ayırmağa vaxtı yoxdur. Ermənistan sülh və danışıqlarda maraqlıdırsa, Tiflis də real sülh danışıqlarına qatıla bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın hazırkı siyasi oriyentasiyası real sülhün əldə edilməsini sual altına qoyur".

Anar Əliyev
Xəbəri paylaş