Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri böyük nailiyyətlərə imza atırlar

Türk dövlətləri böyük nailiyyətlərə imza atırlar


"Bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Türk Dövlətləri Təşkilatının Astana zirvə görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, 2018-ci ildə türk dövlətləri arasında əməkdaşlıq prosesində iştirak edən dövlətlərin sayı dörd idisə bu gün bu ölkələrin sayı artıq səkkizə çatıb:

"Şübhəsiz ki, TDT-yə üzv olan hər bir dövlətin, o cümlədən də müşahidəçi qismində çıxış edən ölkələrin hər biri üçün vacib prioritetlər mövcuddur. Buraya, siyasi, mədəni, iqtisadi əlaqələrin inkişafından tutmuş təhlükəsizlik və beynəlxalq səviyyədə birgə addımların atılmasına qədər hər şey daxildir. Sevindiri haldır ki, bu istiqamətdə də üzv dövlətlərin hər biri tərəfindən konkret addımlar atılır”.

Yusif Bağırzadə "Türk dövlətlərinin birliyini şərtləndirən çoxsaylı amillər sırasında iqtisadi inteqrasiya imkanlarının kifayət qədər geniş olmasını xüsusi vurğulamaq lazımdır. Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlər iqtisadi resurslarla zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Bu kimi amillər isə özü–özlüyündə TDT-nın beynəlxalq nüfuzunun artmasına təsir edir", -deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş