Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəsiz uzunmüddətli sülh mümkün deyil

Türkiyəsiz uzunmüddətli sülh mümkün deyil



"Türkiyəsiz uzunmüddətli sülh mümkün deyil".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban, Astanada Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən səsləndirib.

"Avropada yeni təhlükəsizlik arxitekturasının vaxtıdır. Türkiyə mütləq bunun içində olmalıdır. Türkiyəsiz Avropa üçün uzunmüddətli sülh mümkün deyil", -deyən Macarıstanın baş naziri, "Avropa baxımından qlobal problem təhlükəsizlik heç vaxt bu qədər pis olmamışdı. Soyuq Müharibədən bəri bu qədər çətin olmayıb”,-deyə Orban vurğulayıb.

Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki silahlı qarşıdurmalar, AB ölkələrinə qarşı silahlı təhdidlər və miqrasiya dalğalarının Avropa siyasətini gərginləşdirdiyini vurğulayan Orban, Avropanın bu məsələ ilə bağlı yol ayrıcında olduğunu bildirib.


Macar baş nazir deyib ki, Rusiya-Ukrayna müharibəsi birbaşa hamımıza təsir edir, bu, hamımız üçün riskdir.

Anar TAGİYEV
Xəbəri paylaş