Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu çərçivəsində təqdimatlar keçirilib

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu çərçivəsində təqdimatlar keçirilib


Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu çərçivəsində təqdimatlar keçirilib.

Newscenter.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Mina Təhlükəsizliyinə dair Milli 18-ci DİM məqsədinin təqdimatını keçirib.

Bildirilib ki, cari ilin 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID 19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə milli, 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi (Mina təhlükəsizliyi ilə mübarizəyə dair fəaliyyətlər) hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilib. Yerli və beynəlxalq ictimaiyyətə təqdim edilən 18-ci DİM milli 5 hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər ərazilərin təmizlənməsi, torpaq sahələrinin iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir.

Təsir İnvestisiya Qrupunun rəhbəri, BMT-nin İnkişaf Proqramının İnkişaf üzrə İstanbul Beynəlxalq Özəl Sektor Mərkəzinin (ICPSD) təmsilçisi Funda Suzer tərəfindən Azərbaycanın DİM investor xəritəsi və investisiya ekosistemi üzrə tədqiqatın nəticələrinə dair təqdimat edib. DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi (SDG Investment Map) və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub.

Diqqətə çatdırılıb ki, DİM-in icrasına dövlət sektoru ilə yanaşı özəl sektorun cəlb edilməsi olduqca vacibdir. Bu məqsədlə BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar görülmüş bir sıra tədbirlər görüb. DİM investor xəritəsinə əsasən Azərbaycan üzrə 4 sektor- infrastruktur, alternativ enerji, xidmət, qida və içki əsas investisiya qoyulacaq sahələr kimi təklif edilib.

R.Mehdiyeva
Xəbəri paylaş