"Ermənistan Rusiyaya qarşı Avropa İttifaqı kartından istifadə etmək istəyir. Ancaq bu oyunun İrəvan üçün nə dərəcədə uğurlu olacağını zaman göstərəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Xəbər Mərkəzi" Analitik Qrupun Ermənistanla Avropa İttifaqı arasında Aİ missiyasının statusu barədə imzalanmış müqaviləyə münasibətində əksini tapıb. Analitik Qrup hesab edir ki, Ermənistanın bu addımı Moksvada heç də normal qarşılanmayacaq:
"Ermənistan hakimiyyəti planlı şəkildə Moskva ilə bütün körpüləri yandırır. Ancaq Paşinyan hakimiyyəti unudur ki, cinin canı şüşədə olduğu kimi, onun hakimiyyəti də Rusiyanın əlindədir. Rusiya istəsə bir neçə saat ərzində Ermənistanda inqilab edib Nikolu devirə bilər. Hələlik Kreml Paşinyanın ipini buraxıb. Ancaq çox güman ki, Moskva çox qısa zamanda onun ipini çəkəcək. Çünki Ermənistan hakimiyyəti bütün qırmızı cizgiləri keçir".
Analitik Qrup hesab edir ki, Paşinyan Avropa İttifaqının timsalında özünə təhlükəsizlik təminatı yaratsa da, Kremlin timsalında isə ciddi bir düşmən qazanmış olur.
Anar Əliyev