“Birləşmiş Ştatlar neçə illərdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkədə qarşıdurma yaratmağa çalışır. Hər dəfə də planları alt-üst olur. Əminik ki, Amerikanın çirkin oyunu bu dəfə də baş tutmayacaq”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, indiki mərhələdə Amerikanın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı gənclərlə görüş keçirilməsi təşəbbüsü də məhz buna xidmət edir:
“Görünən odur ki, Birləşmiş Ştatların Azərbaycandakı agentura şəbəkəsinə təlimat gəlib. Həmin təlimat əsasında artıq fəaliyyətə keçilib".
Anar Əliyev