Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika köhnə üsul və vasitələrindən əl çəkmir

Amerika köhnə üsul və vasitələrindən əl çəkmir


“Gərginləşməkdə olan Amerika-Azərbaycan münasibətləri fonunda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin okeanın o tayında ali təhsil almış azərbaycanlı gənclərlə görüş keçirmək təşəbbüsü ilə çıxış etməsi heç də təsadüfi deyil. Bu görüş Birləşmiş Ştatların buradakı maraqlarını təmin etmək tapşırılığı verilmiş şəbəkənin əslində hərəkətə gətirilməsi, onların fəallığının artırılmasına hesablanmış addım idi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Birləşmiş Ştatların Azərbaycanda agentura şəbəkəsinin mövcudluğu barədə sualı cavablandırarkən səsləndirib. Bir qayda olaraq Amerikanın bu və ya digər ölkədə agentura şəbəkəsinin olduğunu vurğulayan ictimai birlik sədri deyib ki, Vaşinqton lazım gələndə həmin şəbəkələri hərəkətə keçirməklə bu və ya digər ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa çalışır:

“Bu Amerikanın köhnə üsul və vasitələrindəndir. Təəssüflər olsun ki, Amerika köhnə üsul və vasitələrdən əl çəkmir. Hər hansı ölkədə öz maraqlarını təmin etmək üçün orada olan agentura şəbəkəsi ilə ictimai-siyasi sabitliyi pozmağa, daxili gərginlik yaratmağa çalışır. Uzun illər Azərbaycana qarşı oxşar mexanizmlərdən istifadə edilib. Lakin ölkədə güclü xalq və hakimiyyət birliyi mövcud olduğu üçün bu kimi məkirli planlar işə yaramayıb. Əminliklı deyə bilərik ki, bu dəfə də Azərbaycanda gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq niyyəti baş tutmayacaq”.

Arzuman Muradlı hesab edir ki, ölkədə gərginlik yaratmağa çalışan Amerikanın agentura şəbəkəsi tezliklə müəyyən edilib zərərsizləşdirilməlidir:

“Əminik ki, hüquq-mühafizə orqanları bu işin öhdəsindən layiqincə gələcəklər”.

Anar Əliyev
Xəbəri paylaş