Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə müdafiə sənayesində 6 milyard dollarlıq ixracat hədəfləyib

Türkiyə müdafiə sənayesində 6 milyard dollarlıq ixracat hədəfləyib


Türkiyənin müdafiə sənayesində bu il üçün 6 milyard dollarlıq ixracat nəzərdə tutulub.

Newscenter.az-ın Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgünə istinadən bildirir ki, cari ilin 11 ayı ərzində artıq 5 milyard dollarlıq ixracat həyata keçirilib.

Haluk Görgün deyib ki, keçən il müdafiə sənayesi sahəsində ixracat 4,4 milyard dollar təşkil edib:

"Məhsullarımızın dost və müttəfiq ölkələr tərəfindən istifadə edilməsi üçün çalışacağıq", deyən nazir bildiirib ki, bu sektorda dövriyyə 12 milyard dollara çatıb:

"80 mindən çox işçiyə və yalnız müdafiə sənayesində fəaliyyət göstərən 2500-dən çox firmaya sahibik".

Anar TAGİYEV
Xəbəri paylaş