Türkiyə Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya İdarəsi yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Qafqazda baş verən proseslər fonunda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət də dəyərləndiriləcək.
Anar TAĞIYEV