"HƏMAS-la İsrail arasında atəşkəsin əldə edilməsi barədə razılaşma çox çətinliklə reallaşdı. Bu razılaşma hər iki tərəf üçün lazımlıdır. Bir sıra humanitar məsələlərin həll edilməsi üçün atəşkəsə ehtiyac var idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, həm əsir və girovların dəyişdirilməsi, həm də humanitar yardımların çatdırılması, yaralıların, qocaların, qadın və uşaqların Qəzzadan təxliyyəsi üçün atəşkəsin yaratdığı imkanlar hesabına həyata keçirilir
"Hesab edirəm ki, HƏMAS-ın qüvvələri tükənməkdədir, liderlərinin bir çoxu öldürülüb, istədiyi dəstəyi kənar oyunçulardan, xüsusən də İrandan ala bilimir. Bəlkə də müharibənin dayandırılması HƏMAS-ın xilası olardı. Lakin İsrail bu təşkilatı birdəfəlik məhv etməkdə israrlıdır. Növbəti mərhələyə hazırlıq baxımından da tərəflər əldə olunmuş atəşkəsdən maksimum yararlanmağa çalışacaqlar. Könül istərdi ki, müvəqqəti atəşkəslər üzərində deyil dayanıqlı sülh üzərində uğur qazanılaydı".
Anar Əliyev