Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mustafa Kırımoğluna Avrasiya Xidmət Ödülü verilib

Mustafa Kırımoğluna Avrasiya Xidmət Ödülü verilib


EkoAvrasiya Fondunun 2023-cü il üçün müəyyən etdiyi Avrasiya Xidmət Ödülü Krım tatar xalqının əfsanəvi lideri Mustafa Abdülcemil Kırımoğluna təqdim olunub.

Bu barədə Newscenter.az-a məlumat verən EkoAvrasiyanın İdarə Heyətinin sədri Hikmət Eren deyib ki, Ukraynada və Krımdakı ağır vəziyyətlə əlaqədar paytaxt Kiyevi tərk edə bilməyən olan Kırımoğlunun mükafatını onun həyat yoldaşı Səfinar Cemileva alıb.

Mükafatı EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren və Böyük Birlik Partiyasının sədri Mustafa Destici təqdim ediblər. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatları, Şimali Kipr Türk Respublikasının rəsmiləri, siyasi partiya liderləri iştirak edib.

Tədbirdə çıxış edən EkoAvrasiyanın İdarə Heyətinin sədri Hikmət Eren 2023-cü il Avrasiya Xidmət Ödülü haqqında məlumat verib. Hikmet Eren bu ilki mükafatın Krım tatarlarının milli davasında yorulmadan çalışan Mustafa Abdülcemil Kırımoğluna verildiyini diqqətə çatdırıb.

Musrafa Kırımoölu haqqında danışan Hikmət Eren, "Kırımoğlu ömrünü Krım tatarlarına həsr etmiş, Krım davamızın bu günə gəlməsində böyük əməyi olan əfsanəvi liderdir. "EkoAvrasiya olaraq ona bu mükafatı verməkdən şərəf duyuruq və sağlam ömür arzulayırıq", -deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş