Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Selçuk Bayraktar: "İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik"

Selçuk Bayraktar: "İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik"


"İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu "Baykar" şirkətinin İdarə Heyətinin rəhbəri Səlcuq Bayraktar deyib. O bildirib ki, kosmik təşəbbüs olan FƏRQƏNİ üzərində 1,5 ildir ki, işlər davam edir:

"Biz hamının getdiyi yerə getmirik. Biz gələcəyi görürük və o gələcəyin yarışına bu gün hazırlaşırıq. Biz aşağı orbit bürcləri və orbital ötürmə vasitələri üzərində işləyirik".

Səlcuq Bayraktar, "Özəl şirkət olaraq biz bu peykin dizaynını edəcəyik və qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üzərində işləyəcəyik. Təbii ki, biz bu sahədə kosmik texnologiyalarda orbital ötürmə vasitələri üzərində də işləyirik",-deyə vurğulayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş