"Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə Naxçıvandan aralı düşməsi məsələsi tez-tez gündəmə gətirilməlidir. Sovet İttifaqı mövcud olanda Naxçıvanla əlaqə məsələsi gündəmdə olmadığı üçün bu aktual deyildi. Amma indiki dövrdə Naxçıvanla əlaqə bilavasitə gündəmdə olmalıdır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan niyə Naxçıvandan aralı düşməlidir
"Azərbaycan öz ərazisi olan Zəngəzuru niyə Ermənistana verməlidir Sonra da Ermənistandan yol istəməlidir ki, Naxçıvanla əlaqə saxlaya bilsin? Bütün dünyaya bəllidir ki, Azərbaycanın iki torpağı arasında Ermənistan olmayıb, ola da bilməzdi. Çünki bu, məntiqə və tarixi gerçəkliyə ziddir. Azərbaycan niyə kimlərdənsə öz torpağını geri almağa icazə istəməlidir və ya çəkinməlidir? Torpağımızı Sovet İttifaqı Ermənistana verib. İndi o yoxdur. Deməli, torpaq geri verilməlidir. Gündəm bu olmalıdır".
Politoloq deyib ki, günbəgün bunun üzərində işləmək, prosesləri buna yönəltmək lazımdır
"Dünya da proseslərin məntiqi davamı kimi bunu gözləyirdi, hətta ermənilər belə. Çünki reallıq bu idi. Sadəcə bizə hədə gəlirlər ki, bunu etməyək".
Anar Əliyev