Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionun əhəmiyyətli coğrafi mövqeyi maraqlı güclərin kəskinləşən geosiyasi rəqabətini genişləndirir

Regionun əhəmiyyətli coğrafi mövqeyi maraqlı güclərin kəskinləşən geosiyasi rəqabətini genişləndirir


"Cənubi Qafqaz dünyanın ən fraqmentar bölgələrindən biri kimi xarakterizə olunur. Regionun hər üç ölkəsi öz xarici siyasət prioritetlərində müxtəlif vektorlar seçib və bu da öz növbəsində kiçib bir coğrafiyada Aİ, KTMT, NATO və yaxud Qoşulmama Hərəkatı kimi üçüncü yol tərəfdarlarının varlığına səbəb olub. Regionun əhəmiyyətli coğrafi mövqeyi maraqlı güclərin kəskinləşən geosiyasi rəqabətini genişləndirir və belə bir məqamda münaqişəyə həssas situasiyanın olması arzuolunan hal deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında çoxillik problemlər mövcuddur və çox təəssüf ki, münaqişənin əsasını qoyan Rusiya ilə yanaşı, kollektiv Qərbin bir sıra üzdə olan siması illərdir bəlli situasiyadan yararlanır:

"Təbii ki, Ermənistanla müqayisədə Azərbaycan müasir çağırışlara cavab verən, regionda müstəqil xarici siyasət kursu izləyən bir ölkədir və birincidən fərqli olaraq biz öz dövlət maraqlarımızı ən üstün səviyyədə müdaifə etməyi bacarırıq. Lakin bu gücü qısqanan və öz diqtəsi ilə yön verməyə çalışan qüvvələrin regionunun ən zəif bəndi olan İrəvan vasitəsilə ölkəmizə qarşı müəyyən dividentlər qazanmaq iştahını müşahidə edirik. Bütün cəbhələrdə açıq vüsət alan Rusiya Qərb münasibətləri nədənsə Ermənistan daxilində hələ də hiss olunmur. Baxmayaraq ki, baş nazir Nikol Paşinyan ölkəsini quran Kremldən üz döndərir və qərbpərəst meylini açıqca bildirir. Qərb də öz növbəsində rəsmi İrəvanın addımlarını dəstəkləyir, ancaq sanksiyalara məruz qalmış Rusiya iqtisadiyyatının Ermənistandan istifadəsinə göz yumur. Deməli iqtisadi maraqlar hər bir halda daha vacib hesab olunur. Eyniylə Azərbaycana münasibətə nəzarən".

AVP rəsmisi deyib ki, ölkəmiz beynəlxalq müstəvidə önəmli olan dəhlizlərin kəsişmə nöqtəsində yerləşir:

"Xüsusilə son dönəmdə populyarlığının təntənəsini yaşayan Mərkəzi Asiya regionunun Qərbə açılan qapısı məhz Azərbaycandır və rəsmi Bakının cəlbedici iqtisadi əhəmiyyəti diqqətdən kənarda qalmır. Qərbin məntiqi ilə desək bu imkanlar tam şəkildə Bakı -Ankara müttəfiqliyinin nəzarəti altında inkişaf etsə Azərbaycan regional, Türkiyə isə qlobal gücə çevrilər. Türkiyənin qlobal güc olması isə mövcud nizamı alt-üst edə bilər. Yəni, ABŞ, onun diqtəsi ilə hərəkət edən Avropa gücləri bu gün olduğu kimi rahatlıqla hərəkət edə bilməzlər. Eyniylə Rusiyada bu cür düşünür. Onlar da hər zaman Türk varlığından ehtiyyat edib. Bu gün Moskvanın Bakı və Ankara ilə uzlaşması şimal qonşumuz üçün zərurətdən yaranan bir reallıqdır. Ona görə də "Dəmir yumruq" əməliyyatının bitməsindən üç il vaxt keçməsinə baxmayaraq regionda hələ də sülh mövcud deyil. Əvəzində Ermənistan sürətlə silahlandırılır, ölkəmizə qarşı revanşist meylləri artmaqda davam edir. Azərbaycanda silahlanır, öz müdafiə, hücum potensialını artırır və bədxah qonşumuza nəzarən biz bu prosesi nümayişkəranə şəkildə həyata keçirmirik. Ölkəmiz Hindistan müdafiə sənayesinin istehsalı olan hərbi texnologiyalardan daha müasir, Türkiyə, İsrail, İtaliya kimi dövlətlərdən 4, 4.5 və 5-ci nəsil hərbi avadanlıqlar əldə edir. Bu yaxında cənab Prezident İlham Əliyevin Serbiyaya səfərinin ardından "Nora B-52" adlı özüyeriyən Haubitsalarının alınması ilə bağlı xəbərlərin yayılması təsadüfi deyil".

Pərviz Mirizadə onu da deyib ki, Azərbaycan bütün qoşun növləri üzrə ordunun qurulması prosesini NATO, Qərb standartlarında qurur:

"Düzdür Serbiya alyansın üzvü deyil, ancaq komponent olaraq hərbi sənayesi Qərb standartları əsasında qurulub və Nora B- 52 Ermənistanın əldə etdiyi analoqlarından çox üstün bir sistemdir. Həmçinin ölkə rəhbərliyi silah alımında alternativ mənbələrin çoxalması strategiyasında uğurla icra edir. Hesab edirəm bu ən önəmli bir faktordur".

S.İsmayılbəyli
Xəbəri paylaş