Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qüdrət Həsənquliyevin namizədliyinə digər partiyalardan dəstək istənəcək?

Qüdrət Həsənquliyevin namizədliyinə digər partiyalardan dəstək istənəcək?


"Prezident seçkilərində namizədlərin özlərinə dəstək məqsədi ilə həmfikir partiyalardan dəstək alması qəbul edilən praktikadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov partiyanın namizədi Qüdrət Həsənquliyevin namizədliyinə dəstək məqsədilə digər müxalif partiyalarla görüşlərin keçirilməsi mümkünlüyü barədə danışarkən səsləndirib. BAXCP rəsmisi onu da deyib ki, amma hələlik dəstək məqsədi ilə digər partiyalarla görüşlər planlaşdırılmır:

"Təbii ki, bunu zaman göstərəcək. Ehtiyac və məsləhət olarsa, buna gedilməsi mümkün ola bilər".

Azər Qasimov deyib ki, seşki marafonunun gərginliyini nəzərə alıb uğurlu nəticə əldə etmək üçün partiyanın namizədi Qüdrət Həsənquliyevin prezident seçilməsi məqsədilə bütün respublika ərazisində seçki platformalarını xalqa çatdırmaq istiqamətində partiya sədrinin çıxış və görüşləri baş tutacaq.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş