"Fransanın Cənubi Qafqaz regionuna təsir imkanları məhduddur. Azərbaycana təsir imkanları isə yox dərəcəsindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Fransa əslində bu günə kimi Azərbaycana qarşı edə biləcəklərinin hamısını edib:
"Artıq əlində heç bir təsir imkanı qalmayıb. Edə biləcəkləri də dolayısı ilə Ermənistan üzərindən olub. Azərbaycan-Türkiyə tandemi Fransanın əl-qolunu bağlayır. Ermənistana isə zəif fiqur kimi stavka edilməsi əvvəl başdan məğlubiyyətə düçar olmaq anlamına gəlir".
Politoloq hesab edir ki, iki ölkə arasında gərginlik üçün bilavasitə yox, dolayı amillərin olması gərginliyin müəyyən məqamında səngiyəcək:
"Gərginliyin artan xətlə davam etməsi üçün kəskin durum yoxdur. Məsələ ondadır ki, Fransa kəşfiyyatına Azərbaycan tərəfindən vurulan zərbə Azərbaycandan çox postsovet məkanının nəzarətdə saxlanılması ilə bağlı idi ki, bu da konkret Azərbaycan üzərindən idarə olunurmuş. Əslində bu, Azərbaycandan çox Rusiya ilə bağlı faktordur. Hesab edirəm ki, Fransa yenidən münasibətlərin mülayilmləşməsi yolunu tutacaq ki, gərginlik aradan qalxsın. Bu gərginlik, fikrimcə, Fransaya da lazım deyil. Çünki Ermənistan nə qədər Fransaya yaxın olsa da, Azərbaycanın regionda və dünyada siyasi çəkisi daha çox və önəmlidir. Fransa da bunu başa düşməmiş deyildir deyə hesab edirəm".
Süleyman