Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vasitəçi tərəflərin maraqları nədir?

Vasitəçi tərəflərin maraqları nədir?


"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəçi tərəflər olmadan, yəni, iki dövlət arasında birbaşa dialoqlar əsasında həyata keçirilməlidir. Belə olduğu təqdirdə nəticələrə yönəlik müsbət irəliləyişlər ola bilər. İkinci Qarabağ Müharibəsinin bitimi ilə başlayan danışıqlar vasitəçi tərəflər müstəvisində aparılıb və heç bir konkret nəticə əldə edilməyib. Təbii ki, nəticəsiz davam edən prosesin səbəbi bəllidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, istər kollektiv Qərb, istərsə də Rusiya, Azərbaycan-Ermənistan münasibətləri və regional sülhün əldə edilməsi kimi məsələlərə özlərinin dövlət maraqları kontekstindən yanaşırlar:

"Məhz bu səbəbdən Bakı-İrəvan xəttində mövcud sülh danışıqları Qərb və Rusiya arasında qlobal mübarizənin predmetinə çevrilib".

AVP rəsmisi deyib ki, Yaxın Şərqdə mövcud hərbi-siyasi vəziyyət, Afrikada aparılan vəkalət savaşları dəyişən dünya nizamında Cənubi Qafqaz regionun əhəmiyyətini artırmaqda davam edir:

"Bu həmdə məxsus olduğumuz regionun resursları və coğrafi mövqey ilə də bağlı olan bir məsələdir. Məhz bu reallıqlara nəzarən Bakı və İrəvan münasibətlərinin normallaşdırılmasında üçüncü qüvvələr tərəfindən süni əngəllər yaradılır. Təbii ki, bu, bir növdə Ermənistan rəhbərliyinin siyasi iradə yetərsizliyindən irəli gələn məsələdir".

Bəs vasitəçi tərəflərin maraqları nədir?

Pərviz Mirizadə deyir ki, danışıqlarda öz rolunu artırmaqa çalışan Rusiyanın hədəfləri əsasən Azərbaycan və Ermənistan arasında hakim rolunu oynayaraq regional təsir imkanlarını genişləndirmək, tarixi ənənələri davam etdirmək və kommunikasiyaların açılmasında pay sahibi olmaqdır:

"Qərb isə öz növbəsində Rusiyanı regiondan çıxarmaq və paraleldə özünün varlığını daha da artırmaq, Moskvanın regional kommunikasiyaların işində iştirak etmək istəyinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi Rusiya və Qərbin maraq müharibəsi Azərbaycan-Ermənistan danışıqlarına tövhə verməkdən daha çox maneələr yaradır, prosesi tormuzlayır. Çünki Rusiyada keçirilən danışıqlarda hər hansı bir irəliləyiş hiss olunduğu təqdirdə Qərb mümkün bütün variantlardan istifadə edərək Ermənistana dəstək adı altında şirnikləndirici vədlər verir, və yaxud əksi olduğu təqdirdə Rusiya İrəvan üzərində təsir rıçaqlarını işə salaraq prosesə əngəl törədir. Və beləliklə üç ildir vasitəçilər müstəvisində aparılan danışıqlar vaxt itgisi ünvanına yiyələnir.
Buna görə də rəsmi İrəvan gələcək perspektivdə özünün inkişafını təmin etmək istəyirsə ikitərəfli danışıqlarda aktivlik nümayiş etdirərək uzlaşmaya hazır olduğunu təsdiq etməlidir. Bu onların yeganə çıxış yoludur. Əksi təqdirdə Rusiya və Qərb arasında get-gəl etməyin nəticəsi ağır olacaq".

Süleyman
Xəbəri paylaş