Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlər D vitamini çatışmazlığının demensiya riskini artıra biləcəyini müəyyən ediblər

Alimlər D vitamini çatışmazlığının demensiya riskini artıra biləcəyini müəyyən ediblər



D vitamini çatışmazlığı açıq dərili insanlarda demensiya riskini 25% artıra bilər.

Newscenter.az-ın məlumatına görə, bunu “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər 55-69 yaş arası 270 min insanın 12-17 il ərzində toplanmış tibbi məlumatlarını təhlil ediblər. Onların 20%-ə qədəri müntəzəm olaraq D vitamini əlavələri qəbul etdiyini bildirib.

Əlavə təhlillər göstərib ki, D vitamini çatışmazlığı olan 19-25% insanda ümumi demensiya riski (Altsheymer xəstəliyi və ya damar demensiyası daxil olmaqla) daha yüksəkdir.

Demensiya beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Xəstəliyin simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir, bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir.

Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.(report)
Xəbəri paylaş