Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çexiya parlamentinin sədrinin ölkəmizə səfərinə icazə verməməlidir

Çexiya parlamentinin sədrinin ölkəmizə səfərinə icazə verməməlidir


Qərbdə, Avropada antiAzərbaycan münasibət getdikcə genişlənir. İndi təkcə Fransa və Almaniya deyil, eləcə də digər Avropa ölkələrinin rəsmiləri də antiAzərbaycan mövqe sərgiləyirlər. Ötən gün Ermənstanda səfərdə olan Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarovanın fikirləri də bu qəbildəndir.

Newscenter.az-ın xəbərinə görə, sözügedən məsələyə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə də deyib ki, Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova regiona səfəri çərçivəsində Ermənistan rəsmiləri ilə görüşündə antiAzərbaycan mövqeyi ortaya qoyub. Onun sözlərinə görə, xanım Pekarova iki ölkə arasında sülhə dəstək vermək əvəzinə Azərbaycanı absurd olaraq iddiham edib:

"M. Pekarova açıq şəkildə Ermənistana dəstək verə bilər. Amma, bu dəstəyi anti-Azərbaycan mövqeyi ilə ortaya qoyursa, rəsmi Bakı onun ölkəmizə səfərinə icazə verməməlidir".

Politoloq deyib ki, Çexiya Azərbaycan əlaqələri daima normal müstəvidə inkişaf edib:

"Hətta Çexiyadan Azərbaycan müharibədən əvvəl silahlar tədarük edib. Çexiya deputatlar palatasının sədrinin radikal şəkildə Azərbaycanı ittiham etməsi, Ermənistanın regionda blokadada qalmasına xidmət edir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyirsə, antiAzərbaycan siyasətinə son verməsi tələb edilməlidir. Ermənistana deyilməlidir ki, nə qədər Azərbaycana qarşı bu siyasət davam edəcəksə, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq".

Süleyman
Xəbəri paylaş