Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məqsədilə vasitəçi olmadan keçirilən altıncı görüşü irəliyə doğru atılmış addım hesab etmək olar. Hesab edirəm ki, tərəflər sonuncu görüş zamanı müəyyən razılığa gəliblər".
Bu fikirləri Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə. tərəflər müəyyən xarici təsirlərin prosesə mane olmamasından dolayı dünənki görüşün detalları və əldə olunan razılaşmanı açıqlamırlar:
"Təbii ki, tərəflər arasında razılaşdırılmayan məqamlar da var. Çünki bəzi prinsipial məsələlər hələ həllini tapmayıb. Ancaq ümid etmək olar ki, bu cür görüşlərin davamlı olması ilə tərəflər sülhə yaxınlaşa biləcəklər".
Süleyman