“Ermənistanda Konstitusiya dəyişikliyi təşəbbüsləri və bu istiqamətdə aparılan müzakirələr əslində Azərbaycanla sülh müqaviləsini imzalamağa yönəlmiş əngəldir. Paşinyan hakimiyyəti bilərəkdən belə bir oyunu ortaya atıb”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında öz əksini tapıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, bu cür gedişlər etmək Ermənistan hakimiyyətinə xas bir xüsusiyyətdir:
“Yaxın tariximizə nəzər salsaq görərik ki, bir qayda olaraq Ermənistan hər zaman sülhə yaxın olanda müxtəlif ssenarilər quraraq ona mane olub, hər hansı bir saziş, yaxud razılaşma əldə edilməsinin qarşısını alıb. Hesab edirik ki, Konstitusiya islahatları oyunu da bu qəbildən olan pozucu əməllərdən biridir”.
Anar Əliyev