Yanvarın 31-də “Gənclər Həftəsi”çərçivəsində Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və NAYORA-nın sədri Rafael Hacıbəyli çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə iştirakçıları təbrik edib və forumun fəaliyyətinə uğurlar arzulayıblar. Daha sonra qrant müsabiqəsi ilə bağlı mövzular açıqlanıb.
Tədbirdə gənclər təşkilatlarının 120-dən çox rəhbər və nümayəndələrinin iştirakı ilə interaktiv şəbəkələşmə fəaliyyəti, təcrübə və resurs mübadiləsi, gənclər üçün yeni imkanlar, yeni qrant müsabiqəsi üçün prioritet mövzular barədə müzakirələr təşkil olunub, masa ətrafında təkliflərin hazırlanması ilə bağlı işlər icra edilib. Təşkilatların masa ətrafında təkliflərinin hazırlanması ilə bağlı işlərin icra planı ekspertlərin iştirakı ilə həyata keçirilib.
Süleyman